Sentyabrın 16-da, yerli vaxtla saat 05:52-də Azərbaycanın Quba rayonu ərazisində zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba stansiyasından 27 km cənub-qərbdə qeydə alınan zəlzələ 3,3 maqnitudada baş verib. Təbiyyət hadisəsinin ocağı 42 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.