Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
THY-yə məxsus təyyarənin təkər yuvasında meyit tapılıb
THY-yə məxsus təyyarənin təkər yuvasında meyit tapılıb

Alınan məlumata görə, ötən gecə Amsterdam-İstanbul reysini tamamlayan və İstanbul Hava Limanına enən "Türkiyə Hava Yolları" (THY) təyyarəsi baxım üçün anqara gətirilib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu arada qruplar təyyarənin eniş şassisinin yerləşdiyi ərazidə kişi cəsədi görüb və dərhal polisə müraciət edilib.

Hadisə yerinə gələn əməliyyat qrupları təyyarəni təhlükəsizlik lenti ilə bağlayıb. Sözügedən meyit müayinə edilmək üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.

Ölkəyə qaçaq yolla gəlmək istəyən şəxs şassisi yuvasında gizləndiyi üçün aşkar edilməyib. THY rəsmilərindən əldə edilən məlumata görə, şirkət hər uçuşdan əvvəl təyyarələrində rutin yoxlamalar həyata keçirir.

Uçuşdan əvvəl qaçaq şəxsin gizləndiyi ərazi hava gəmisinin xarici hissəsində “əsas eniş aparatının yuvası” deyilən nöqtədə olduğu üçün o, fərq edilməyib. Bildirilib ki, cəsəd təyyarənin bazaya adi texniki baxışları zamanı əsas eniş şassisinin qapağı açılan zaman aşkar edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »