Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quba Memorial Kompleksində "Türk" izi: Qafqaz İslam Ordusunun "yazdığı" tarix sərgilənir... - Video
Quba Memorial Kompleksində "Türk" izi: Qafqaz İslam Ordusunun "yazdığı" tarix sərgilənir... - Video

15 sentyabr Bakının erməni işğalçılarından azad edildiyi gündür. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalçılarından azad edərək, Azərbaycanın tarixini şərəfləndirdilər. Döyüşlərdə Qafqaz İslam Ordusu 1130 nəfər şəhid verdi. 1918-ci ildə Azərbaycanın bir çox qəzalarında erməni işğalçıları qətliamlar həyata keçirirdilər. Belə bir dövrdə Türkiyə Azərbaycandan dəstəyini əsirgəmədi və Nuri Paşanın rəhbərliyi ilə Qafqaz İslam ordusunu Azərbaycana göndərdi. Beləliklə, hələ ilk dəfə 1918-ci ildə Azərbaycan Qafqaz İslam Ordusunun dəstəyi ilə ermənilərdən azad edildi.

1918-ci illərdə baş verən hadisələrin sübutları Quba Soyqırım Memorial Kompleksində yer alıb. Muzeyin 5-ci divarında Qafqaz İslam Ordusu həsr edilmiş ekspozisiya yer alıb. Həmin dövrlərdə AXC höküməti müsəlman əhalisinə qarşı soyqırımların qarşısnı almaq üçün tədbirlər görürdü. Yeni yaranan hökümətin əsas məqsədi Azərbaycan torpaqlarını işğal altından azad etmək idi. Və Türkiyə dəstəyini əsirgəmədi. İgid oğullarını qurban verərək, Azərbaycanı qorudu. Qafqaz İslam Ordusu Gəncədə, Göyçay qəzasında Qaraməryəm, Kürdəmir, Şamaxı qəzası ərazisində, Bakı ətrafında hücumlara edərək daşnak qüvvəlrini məğlubiyyətə uğrada bildilər. Və 1918-ci il sentyabrın 15-i döyüşlər Bakının azad edilməsi ilə başa çatdı.

Quba Memorial Kompleksi 1919 lövhəsi / Foto: İradə Cəlil, Bizimyol.info Quba Memorial Kompleksi 1919 lövhəsi / Foto: İradə Cəlil, Bizimyol.info

Muzeyin bu divarında həmin hücumları əks etdirən fotolara baxdıqca istər-istəməz həmin illər kino lenti kimi göz önündən keçir. Türk və Azərbaycan zabit və əsgərlərinin fotoları, Türk qoşunlarının komandanı Nuru Paşanın, general-leytenant Əliağa Şıxlinskinin şəkilləri yada həmin illəri salır. Maraqlıdır ki, həmin fotolara baxarkən Türkiyənin 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycana verdiyi dəstək də yada düşür. İstər-istəməz kövrəlirsən, gözlərin dolur.

Türk milləti heç bir zaman qardaşı Azərbaycanı yıxılmağa, əzilməyə qoymayıb. Hər kəsə hiss etdirib ki, Azərbaycanın Türkiyə kimi qardaşı var. “Şuşa” bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasında olan münasibətlər artıq rəsmi şəkildə müttəfiqliyə çevrilib. Bu gün Azərbaycanın hər bir çətin anında Türkiyənin dəstəyi hiss edilir. Biz də Türk qardaşlarımızı sevirik. Bunu hər zaman hiss etdirməyi də bacarırıq. Tarixə nəzər salanda, bir daha əminliklə deyirik ki, “Türkün Türkdən başqa dostu yoxdur”…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »