Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan yenə öz ampulasında... - "Baş nazirin açıqlamaları onun tarixi savadsızlığını aydın göstərir"
Paşinyan yenə öz ampulasında... - "Baş nazirin açıqlamaları onun tarixi savadsızlığını aydın göstərir"

Bir neçə gün öncə Paşinyan açıqlamasında qeyd edib ki, "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, öz torpaqlarından məhrum olacaqdı". “İndi Rusiya bizi qınayır, amma ötən il Azərbaycan iriçaplı hücuma keçərək ərazilərimizi ələ keçirdi. Nə KTMT, nə də Rusiya bizim etirazlarımıza cavab verə bildi" deyə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasına məhz bunun səbəb olduğunu deyib. O, Rusiyanı da prosesə müdaxilə etmədiyi üçün günahlandırıb.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın baş nazirinin belə açıqlamaları ilk dəfə deyil. Biz bu açıqlamalara, sözün əsl mənasında adət etmişik.

Samir Hümbətov Samir Hümbətov

“Çünki dəfələrlə olub ki, Paşinyan Azərbayacana qarşı ərazi iddiası edib, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, gah Rusiyanı bu işdə ittiham edib, gah Rusiyanın Ermənistana dəstək olduğunu deyib və s. Ümumiyyətlə, belə hallar çox olub. İlk deyil, son da olmayacaq”-deyən politoloqun fikrincə, belə açıqlamalar Paşinyanın tarixi bilgilərinin olmamasından, yəni tarixi savadsızlığından irəli gəlir.

Samir Hümbətov qeyd edib ki, Paşinyan belə ittihamları zaman-zaman səsləndirəcək. Tərəflər arasında münasibətlər normallaşmayana qədər bu prosesin davam edəcəyini vurğulayan politoloq əlavə edib ki, Paşinyanın belə açıqlamalarına önəm vermək lazım deyil. Çünki bunun əsl səbəbi, tarixi savadsızlıqdır.

P.S. 30 ildən çox bir müdət ərzində Azərbaycan torpaqlarını əsarəti altında saxlayan 2 milyonluq bir ölkənin baş naziri unudur ki, Azərbaycan torpaqları 30 il məhz Rusiyanın Ermənistana olan dəstəyi sayəsində işğal altında qalıb. Yəni Rusiya olmasaydı, Ermənistan Azərbaycanın 1 qarış torpağını da əsarəti altında saxlaya bilməzdi. Amma zaman dəyişdi. Bu gün Azərbaycan ordusu güclüdür və öz torpaqlarını müdafiə etmək gücündədir. Rusiya da Ukrayna müharibəsində dünya ölkələri tərəfindən sanksiyalara məruz qaldığı üçün əvvəlki Rusiya deyil. Artıq Azərbaycanın bütün düşmənləri başa düşməlidir ki, indi güclü və qalib Azərbaycan var...

İradə Cəlil, Bizimyol. info

Son xəbərlər
Bütün xəbərlər »