Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Daşlı bulaq” kənd məktəblilərini sevindirdi
“Daşlı bulaq” kənd məktəblilərini sevindirdi

Milli-mənəvi dəyərlərə, ölkəmizin tarixinə və cəmiyyətin inkişafına xüsusi həssaslıqla yanaşan “Daşlı bulaq” markası öz ənənəsinə sadiq qalıb.

Belə ki, yeni tədris ilinin başlaması ilə əlaqədar “Daşlı bulaq” markası tərəfindən Gədəbəyin Çaldaş, Səbətkeçməz, Düzyurd və Parakənd kəndlərində 1-ci sinfə hazırlaşan bütün şagirdlərə məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edilib. Hədiyyələri şagirdlərə adıçəkilən markanın rəhbər şəxsləri və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri təqdim edib.

“Daşlı bulaq” kənd məktəblilərini sevindirdi

Qeyd edək ki, Gədəbəydə istehsal edilən minerallarla zəngin “Daşlı Bulaq” suları yüksək keyfiyyətini qorumaqla mənbəyindən süfrələrinizə çatdırılır. Adıçəkilən marka dağ zirvəsində təbii daşlardan süzülərək gələn, təbiətdə nadir hallarda təsadüf olunan təbii filtrasiyalı mineral süfrə suyudur. “Daşlı Bulaq” təbii filtrasiyalı süfrə suyunun mənbəyi Azərbaycan Respublikasının Kiçik Qafqaz dağları ərazisinin Gədəbəy bölgəsində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dağ zirvəsində yerləşir.

Son xəbərlər
Bütün xəbərlər »