Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Meksikada yadplanetlilərin cəsədləri tapıldı" iddiası: Həqiqət nədir?
"Meksikada yadplanetlilərin cəsədləri tapıldı" iddiası: Həqiqət nədir?

Meksika parlamentində sərgilənən və "yadplanetli cəsəd" olduğu iddia edilən iki "mumiyanın" şəkilləri internetdə geniş yayılıb. Bəs, bu görüntülər realdırmı, doğrudanmı o cəsədlər yadplanetlilərə məxsusdur, həqiqət nədir?

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Öncə birinci suala cavab verək; şəkillər realdır. Deməli, söhbət süni intellektin yaratdığı obrazdan və ya baş verməmiş hadisədən getmir. Amma təbii ki, bu o demək deyil ki, görüntüləri müşayiət edən bütün iddialar doğrudur.

Beləliklə, tam olaraq nə baş verir? Məhz, uzun illərdir Meksikada “UFO araşdırması” ilə məşğul olan tədqiqatçı Jaime Maussan parlamentdə insana və ya məlum olan başqa bir canlı növünə aid olmadığını iddia etdiyi iki “cəsəd” sərgiləyib. İddialar açıqlanmayan anormal hadisələrlə bağlı Konqresin araşdırması zamanı irəli sürülüb.

Bu iddialar Maussanın yadplanetli cəsədi tapdığımıza dair ilk iddiaları deyil

İddiaları konqresə gətirən Maussan keçmişdə də oxşar iddiaları gündəmə gətirib; Ancaq onun sübut kimi göstərdiyi cəsədlərin inkişaf pozğunluğu olan insan uşaqlarına aid olduğu ortaya çıxıb.

İndi Maussan Meksikanın Muxtar Milli Universitetində tapdığı nümunələr üzərində araşdırmalar apardığını və onu müşayiət edən alimlərin müxtəlif elmi üsullarla DNT dəlili əldə edə bildiklərini iddia edir. Maussan, tapılan cəsədlərin "yerüstü təkamülümüzə aid olmadığını" ifadə edir. Cəsədlərin DNT-sinin 30%-dən çoxunun heç bir məlum canlı ilə uyğun gəlmədiyi də iddia edilir.

Bundan əlavə, Maussanı müşayiət edən və istintaq çərçivəsində tapdıqları cəsədlərin anatomiyası ilə bağlı ətraflı açıqlamalar verən José de Jesus Zalce Benitez adlı məhkəmə tibb eksperti, cəsədlərin insanlarla əlaqəli olmadığını söyləyə biləcəyini söyləyib.  Lakin Maussan kimi Benitesin də keçmişində həqiqətə uyğun olmadığı sübut edilmiş iddiaları var. Eyni şəkildə onun əvvəlki "yadplanetli cənazə" iddialarında Maussanla birlikdə eyni fikirdə olduğu bilinir.

''Quş kimi yüngül, lakin güclü sümüklər, dişsiz çənə və böyük bir kəllə.''

Benitesin konqresdə etdiyi şərhə görə; Tapılan cəsədlərin hər birinin üç əl və ayaq barmağı var. Onlar təxminən 60 sm uzunluqdadır, çox güclü, lakin yüngül sümüklərə malikdir. Kəllə sümüyünün kifayət qədər geniş olması beyinin böyük olduğunu göstərir, gözləri də kifayət qədər böyükdür. Ağızda diş yoxdur, yəni çeynəməklə deyil, udmaqla qidalanırlar.

Cəsədlərin bu qədər uzun müddət toxunulmaz qalmasının səbəbinin cəsədləri örtən “diatom tozu” adlı komponentin olması olduğu bildirilir. Cəsədlərin harada və nə vaxt tapıldığı barədə dəqiq məlumat paylaşılmasa da, Maussan cəsədlərin diatom mədənində tapıldığını bildirir. Tapılan cəsədlərin min il yaşı olduğu da iddia edilir.

ABŞ-ın UFO xəbərçisi də konqresdə idi

Bildiyiniz kimi, UNO mövzusu son vaxtlar çox diqqət çəkir. Son həftələrdə ABŞ-da oxşar araşdırma aparılıb və bəzi keçmiş kəşfiyyatçılar və yüksək rütbəli hərbi məmurlar ifadə veriblər. Bu adlardan biri də keçmiş leytenant Rayan Qreyvs idi.

Qreyves açıqlamasında ABŞ-da yadplanetli cəsədlərin olduğunu, bu cəsədləri saxladığını və müayinə etdiyini iddia etdi, lakin Pentaqon bu iddiaları rədd etdi. Meksikada keçirilən sessiyaya Qreyvs də qatılıb.

Sessiyaya qatılanlar arasında Qreyvsdən başqa, əvvəllər yadplanetlilərlə bağlı maraqlı nəzəriyyələrini bölüşən Harvardlı fizik Avi Loeb də olub.

Yekun olaraq

Rəsmi bəyanat verildiyi üçün məsələnin gündəmi sarsıtması normaldır. Lakin iddiaları dəstəkləyənlərin şübhəli keçmişini və hər dəfə oxşar “cəsədlər” tapıb araşdırmaya başlayanda haqsız olduqlarının sübuta yetirildiyini nəzərə alsaq, hələlik iddiaların doğruluğundan danışmaq mümkün deyil.

Müstəqil bir qurum və ekspertlər tərəfindən tapılan cəsədlərin araşdırılmasını, nəticələrin paylaşılmasını gözləmədən "yadplanetlilər gerçəkdir, cəsədləri tapıldı, bunlar ET kimi forma diaqramlarıdır" deməyə ehtiyac yoxdur, hələlik.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »