Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sun” kağız markası və Sağlam ailə birgə sosial aksiya həyata keçirtdilər
“Sun” kağız markası və Sağlam ailə birgə sosial aksiya həyata keçirtdilər

“Sağlam Ailə” Tibb Mərkəzi və Azərbaycanın ilk gigiyenik kağız markası “Sun”, Bilik Günü münasibəti ilə, “Təmiz əllər, sağlam körpələr” layihəsi çərçivəsində aztəminatlı ailələrin övladlarını sevindirib.

İlk öncə məktəblilər üçün “Sağlam Ailə” Tibb Mərkəzində Pediatr, Oftalmoloq və Otolarinqoloq müayinəsi təşkil edilib. Əlavə olaraq, hər bir məktəbliyə Qanın kliniki analizi müayinəsi üçün hədiyyə kartı təqdim olunub.

Daha sonra məktəblilərə çanta və digər zəruri məktəb ləvazimatları və “Sun” kağız məhsulları hədiyyə edilib. Bununla bərabər, “Sun” markası uşaqların gigiyena mövzusunda maariflənməsi üçün klinika daxilində tualet otağını xüsusi məlumat xarakterli rəsmlərlə bəzəyərək təmir edib.

Tədbir çərçivəsində düzgün tualet gigiyenası haqqında məlumat alan uşaqlara, yuyunduqdan sonra qurulanmağın vacibliyi, bunun bir sıra xəstəliklərin qarşısını aldığı bildirildi.

Sun – gələcək sağlam olsun, həyat gözəl olsun!

Son xəbərlər
Bütün xəbərlər »