Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elm dünyası tərəfindən "möcüzəli material" kimi təsvir edilən qrafen...
Elm dünyası tərəfindən "möcüzəli material" kimi təsvir edilən qrafen...

Karbon məhsulunun bir növü olan qrafen yeni kəşf edilmiş material olsa da, o qədər unikal xüsusiyyətlərə malikdir ki, ona möcüzə materialı deyilir.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20-ci əsr və ondan əvvəlki dövrlər daha çox kəşflərlə dolu idi, yəni biz mövcud olanları kəşf etdik.

20-ci əsrdən sonrakı dövr sözün əsl mənasında ixtiralar əsrinə çevrildi, çünki biz kəşf etdilmiş şeylərdən istifadə edərək yeni nəsnələr yaratdıq. Qrafen bu ixtiralardan biridir. Əslində karbon məhsulunun bir növü olan qrafenin ixtirası üçün uzun illər araşdırmalar aparılıb, lakin onun tam şəkildə ortaya çıxması olduqca yaxın vaxtlarda baş verib.

Qrafenin bu qədər vacib olmasının səbəbi bildiyimiz demək olar ki, hər hansı bir materialdan daha nazik və davamlı olmasıdır. Bu səbəbdən də möcüzə materialı olaraq da bilinən qrafenin az qala şəffaf olması bəzi şübhələr yaradıb, çünki bu maddə bizə daxil olub istədiyimizi edə bilir. Gəlin buna elm prizmasından baxaq və qrafen nədir, nə üçün istifadə olunur, zərərləri nədir kimi suallara cavab axtaraq?

Əvvəlcə bu materialla tanış olaq; Qrafen nədir?

Ən əsas tərifində qrafen kristal karbon atomunun iki ölçülü və altıbucaqlı formasıdır. Bu altıbucaqlı strukturlar tək başına dayana bilər və ya birləşərək bir pətək görünüşünü meydana gətirə bilir, beləliklə də materialı genişləndirir. Karbon atomunu qələmdəki qrafit və almaz maddəsindən xatırlaya bilərik. Burada qrafen karbon atomunun eyni şəkildə sintez edilmiş formasıdır.

Qrafen yeni icad edilmiş materialdırmı?

Əslində, Kanadalı nəzəri fizik Phillip Russel Vallace 1940-cı illərdə tək atomlu karbon quruluşunu inkişaf etdirdi. Lakin nəzəri olaraq qalan bu fikir bir çox elm adamları üçün keçərli görünmürdü. Andre Geim və Konstantin Novoselov adlı iki fizik 2004-cü ildə bu maddəni sintez etməyi bacarıb və 2010-cu ildə Fizika üzrə Nobel Mükafatına layiq görülüb. İkili karbon atomlarını bir növ silikon dioksid təbəqəsinə köçürərək qrafeni təcrid etməyi bacarıb.

Qrafen onu unikal edən bir çox xüsusiyyətlərə malikdir

Əvvəla, qrafen karbonun iki ölçülü formasıdır, ona görə də son dərəcə faydalıdır. Demək olar ki, tamamilə şəffaf və son dərəcə çevikdir, üstəlik keçiricidir. Çox  yüngül material olan qrafenin ən diqqət çəkən xüsusiyyəti poladdan 200 dəfə güclü olmasıdır. Bütün bu xüsusiyyətlər onu xüsusilə texnologiya dünyasında əvəzolunmaz bir möcüzə materialına çevirmək üçün kifayətdir.

Qrafen harada istifadə olunur? Qarşıdakı illərdə tez-tez görməyi gözlədiyimiz qrafen istifadə sahələri bunlardır:

  • Günəş enerjisində yüksək performanslı batareyalar
  • Geyilə bilən texnologiya batareyalarında
  • Atom elektrik stansiyalarında soyuducu kimi
  • Termoelektrik stansiyalarda enerjiyə qənaət üçün
  • Spirtli distillə prosesində sürətli distillə üçün
  • Yanacaq hüceyrələrində performans artırıcı kimi
  • Kimyaterapiya dərmanlarını hüceyrələrə daşımaq
  • Xərçəng hüceyrələrini aşkar etmək üçün
  • DNT təkmilləşdirmələrində
  • Anormal hüceyrə aşkarlanması və müalicəsi
  • Diabetin monitorinqi prosesində
  • Dializ üçün sərf olunan vaxtın azaldılması
  • Sümük və diş implantasiyasında
  • toxuma mühəndisliyində
  • UV səviyyələrinin aşkarlanmasında
  • Beynin elektrik fəaliyyətinin tanınmasında
  • HİV diaqnozunda
  • Müxtəlif aşkarlamalar üçün biosensor kimi
  • Bakterisid agent kimi
  • Doğuşa nəzarət forması kimi
  • Nitq və eşitmə qüsurlu insanlar üçün bio-inteqrasiya edilmiş cihazlar
  • Bədən taramalarında
  • LED kimi işıq istehsalında
  • Kompüter sürətləndirilməsində tranzistor
  • Su keçirməyən məhsullarda
  • Geyilə bilən elektron məhsullarda
  • Sensor ekranlarda
  • Qabaqcıl çevik displeylərdə
  • Sərt diskdə və oxşar yaddaş sahələrində yaddaşı genişləndirmək üçün
  • Elastik robot hissələrində
  • Superkeçirici kimi
  • Optik rabitə materiallarında
  • Optik sensorlarda
  • Təhlükəsizlik sensorlarında
  • Qida qablaşdırmasının gigiyenası üçün
  • Su təmizləmə sistemlərində
  • Duzsuzlaşdırma sistemlərində
  • Bitki sensorlarında
  • Qida təhlükəsizliyi tədbirləri
  • Çox daha davamlı ayaqqabılarda, dəbilqələrdə, geyimlərdə, idman avadanlıqlarında və oxşar məhsullarda
  • Daha davamlı tikinti materialları üçün
  • Bütün elektron məhsulları gücləndirmək məqsədi ilə
  • Bütün nəqliyyat vasitələrini, xüsusən də avtomobili çevik və güclü etmək
  • Hərbi məhsullarda

Gözləyin, hələ həyəcanlanmayın. Bəli, qrafen bu siyahıdakı bəzi sahələrdə artıq istifadə olunur, lakin bir çoxu hələ də yalnız dizayn mərhələsindədir. Məlumdur ki, qrafendən istifadə patentləri bəzi sahələrdə əldə edilib, lakin xüsusilə tibb sahəsində istifadə üçün hələ uzun illər gözləmək lazım gələcək.

Qrafenin zərərləri son dərəcə qorxulu olduğundan, bununla bağlı bir çox müxtəlif sui-qəsd nəzəriyyələri var

Bu nöqtəyə qədər izah etdiyimiz hər şey qrafenlə bağlı elmi faktlar və ya dəstəklənən nəzəriyyələr olduğundan, mövzu ilə bağlı heç bir sübutu olmayan sui-qəsd nəzəriyyələri haqqında danışmağı düzgün görmürük. Yox, dondurmanın içinə qoydular, yox, bizə peyvənd vurdular, yox, hamımızı meymuna çevirəcəkdilər. Hörmətli oxucu, hazırda belə iddialara zərrə qədər dəlil belə yoxdur.

Qrafenin hər hansı bir zərəri varmı?

Üstəlik, onun bəzi zərərləri həqiqətən ölümcül ola bilər. Axı söhbət karbon atomundan, kimyəvi maddədən gedir. Bu tip materialı davamlı olaraq nəfəs aldığınız zaman ağciyər xərçəngi riski qaçılmazdır. Davamlı olaraq dərinizə toxunarsa, dəri hüceyrələriniz ölər. İstehsal edildiyi fabrikdən buraxılsa, ətrafdakı təbiət tamamilə məhv olar. Beləliklə, bəli, qrafen həqiqətən zərərli bir maddəyə çevrilə bilər.

Fikirləşirsən ki, tamam, zərərlidirsə, gedək qrafen fabriklərini dağıdaq, zəhmət olmasa sakitləşin. Əmin olun, bu məqaləni oxuduğunuz cihazda istifadə olunan maddələrin əksəriyyəti oxşar təsirlərə malik ola bilər. Ancaq bu təsirlər yox olmaq üçün çoxlu proseslərə məruz qalır. Yeganə problem odur ki, qrafen üçün hələ bir çox proseslər işlənib hazırlanmayıb. Məhz buna görə də qrafenin geniş yayılması yalnız gələcəkdə mümkün olacaq.

Nəticə: Qrafen şeytandır, yoxsa mələk?

Əvvəlcə etiraf edək ki, qrafen heyrətamiz bir ixtiradır. Çox nazik, demək olar ki, şəffaf, keçirici və bunun üzərinə inanılmaz dərəcədə dözümlü. Əmin olun, yəqin ki, canlı şahidi olacağımız gələcəkdə, qrafendən istifadə etməklə istehsal olunan əşyaların həyatımızı asanlaşdırmaq bir yana, sözün əsl mənasında həyatı xilas edəcəyini görəcəyik.

Qrafen gözəl materialdır, amma möcüzədirmi?

Əlbəttə yox. Yuxarıda sadaladığımız şeylərə əlavə olaraq, hələ kəşf etmədiyimiz saysız-hesabsız zərərlər ola bilər. Amma nəzarət altına alınmasa, hər şeyin onsuz da müəyyən zərəri var. Əsas odur ki, bunlara nəzarət etmək olar.

Amma əmin olun, siqaret çəkmək, fast food yemək, oturaq həyat sürmək və gündə iyirmi saat ekrana baxmaq hər gün bir ovuc qrafen yeməkdən daha çox zərər verir.

Elm aləmində möcüzə materialı adlandırılan qrafen nədir, nə üçün istifadə olunur, zərərləri nədir kimi tez-tez verilən sualları cavablandırdıq. Bütün izah etdiyimiz bu gün qrafen haqqında məlum olan elmi faktlardır. Bəlkə sabah bütün bunlar dəyişəcək, amma elmin gözəlliyi bu deyilmi?

Qadir Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »