Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sentyabrın 26-da “Beynəlxalq Zəngəzur” adlı elmi konfrans keçiriləcək
Sentyabrın 26-da “Beynəlxalq Zəngəzur” adlı elmi konfrans keçiriləcək

Bir müddət öncə Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi tərəfindən “Beynəlxalq Zəngəzur” adlı elmi konfrans təsis edilib. Konfrans ilk dəfə sentyabrın 26-da baş tutacaq.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov bildirib ki, konfransın yaradılmasında məqsəd, qədim Zəngəzurun Azərbaycan torpağı olduğunu bir daha dünyaya çatdırmaqdır. O, qeyd edib ki, konfransa təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən qatlmaq istəyənlərin sayı çoxdur.

Samir Hümbətov Samir Hümbətov

“Konfransda daha çox siyasət, iqtisadiyyat, tarix və sosiologiya sahələrinə yer veriləcək. Bu sahələrdə olan ən perspektivli şəxslərin, elm adamlarının, elmi yazıları hazırlanacaq və işıq üzü görəcək. Bu proses ideoloji bir iş kimi davam etdiriləcək”-deyə Samir Hümbətov bildirib.

Qeyd edək ki, konfransın saytı da yaradılıb. Konfransda Gülzar İsaxan, politoloq Elxan Şıxəliyev, Teymur Qasımlı, tarixçi Namiq Məmmədov, Mehmet Yüce, Rəşid Sadıqov və digər tanınmış şəxslər yer alıb. Beynəlxalq Zəngəzur konfransının saytı ilə Beynəlxalq Zəngəzur Konqresi tanış ola bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »