Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan və Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyıb və Rusiya buna həmişə sakit yanaşıb"
"Azərbaycan və Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyıb və Rusiya buna həmişə sakit yanaşıb"

Rusiya Bakının 4 regionda keçmiş seçkilərlə bağlı bəyanatları ilə əlaqədar Azərbaycana demarş elan edib. Qeyd edilib ki, buna səbəb Azərbaycan XİN-nin Ukraynanın ərazi bütövlüyünü tanımasıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın sözlərinə görə, belə bəyanatlar qəbuledilməzdir və ölkələr arasında müttəfiqliyin xarakterinə uyğun gəlmir. "Hesab edirəm ki, azərbaycanlı dostlarımız yeni regionların tarixini yaxşı bilirlər”, - Zaxarova bildirib.

Xatırladaq ki, Azərbaycan XİN 9 sentyabrda bəyanat yayaraq, Ukrayna və Azərbaycanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini açıqlayıb.

“Ukrayna mövzusunda Azərbaycanın və Türkiyənin ortaq mövqeyi göz önündədir. Ümumiyyətlə, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyi həmişə eyni olub. Amma Kosovonu götürək. Kosovo indiyə qədər Azərbaycanı Qarabağ məsələsinə görə tanımır.

Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməyənə qədər, hansısa separat bölgənin tanınması mümkünsüzdür. Və bu, o anlama gəlmir ki, Azərbaycan ərazi bütövlüyünü tanıyandan sonra yarı tanınan, heç tanınmayan hansısa bölgələri tanımağa başlamayacaq. Bu məsələ Ukrayna məsələsi ilə də əlaqəlidir”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya”-nın sədr müavini Əhəd Məmmədli danışıb. O, qeyd edib ki, Azərbaycanın Ukrayna məsələsində də mövqeyi netdir. Bu səbəbdən də, Rusiyanın buna belə etiraz etməsi qəbul olunmaz və anlaşılmazdır.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyıb və Rusiya həmişə buna sakitliklə yanaşıb. Birdən-birə dəyişən nə oldu ki? Rusiyanı Azərbaycana qarşı yönəldirlər. Burada Rusiyada olan erməni diasporu və erməni lobbisinin də əli var. Rusiya-Ermənistan münasibətlərinin bu gərgin dönəmində vəziyyəti düzəltmək üçün Rusiyanın özü Azərbaycana qarşı bu addımı atmağa sövq edilir”-deyə sədr müavini bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »