1966-cı ildə Ceremiah Denton adlı hərbi əsir təbliğat üçün çəkilmiş videoyazıda danışarkən Morze əlifbası ilə dəhşətli bir şeyi kodlayıb və bütün dünyaya səslənib.
Bizimyol.info xəbər verir ki, kömək üçün müraciət etdiyi mətbuat konfransında hakimiyyətə sədaqətini bildirib, amma bunu edərkən gözləri ilə fərqli mesaj verib.
Kaset geniş yayılıb və ABŞ kəşfiyyatı mütəxəssisləri Morze mesajını ələ keçirdilər.
ABŞ Hərbi Dəniz Qüvvələrində admiral vəzifəsindən təqaüdə çıxan Denton Senatda Alabama ştatını təmsil edən senator idi. Onu əhəmiyyətli bir insan edən ən mühüm amil, idarə etdiyi təyyarənin vurulmasından sonra Şimali Vyetnamın Hanoy şəhərində əsir götürülərkən göstərdiyi cəsarət idi.
Müsahibədə bütün dünyanın diqqətini çəkən bir mesaj verdi
1966-cı ildə Denton hərbi əsir kimi saxlanılarkən o, Vyetnam təbliğatına qarşı ölkəsini təmsil etmək üçün beynəlxalq mətbuat konfransında çıxış edib. Onu kamera qarşısına qoyanda heç kəsin nəsə baş verəcəyi barədə heç bir fikri yox idi. Hər şey nəzarət alnda kimi görünürdü. Səsyazma zamanı o, əsir qanlı gözlərini Morze əlifbası ilə qırpıb “T-O-R-T-U-R-E” (işgəncə) hərflərini kodlayıb. Belə bir hiylə ilə bütün dünyaya orada vəziyyətin dəhşətli olduğunu, işgəncələrə məruz qaldığını bəyan edib.
8 ilə yaxın müharibə əsiri olub
Bu qeydə alınmış an bütün dünyada, xüsusən də Amerikaya güclü təsir bağışlayıb və Denton Vyetnam müharibəsinin siması olub. 1973-cü il fevralın 12-də “Evə qayıtma” adlı əməliyyatla azadlığa buraxılıb və o zaman azadlığa çıxan ilk amerikalı hərbi əsir olub. Daha sonra digər əsirlər azad edilərək Amerikaya qaytarılıb.
Denton 2014-cü il martın 28-də 89 yaşında vəfat edib. Xüsusilə əsirlikdə olarkən göstərdiyi şücaət, çəkdiyi çətinliklər bu gün də danışılmaqdadır.
Bizimyol.info