Beyin sapı iflic olduğu üçün danışma qabiliyyətini itirən qadın süni intellekt sayəsində yenidən "danışa" bilib.
Bizimyol.info xəbər verir ki, qadının beyninə yerləşdirilən çip yaradılan avatarın köməyi ilə qadının danışmasını təmin edib.
Son zamanlar həyatımızın demək olar ki, hər yerində görünən süni intellekt tibb dünyasına təsirini davam etdirir. Bu mövzuda; Elm adamları tərəfindən aparılan yeni bir araşdırma, beyin sapı iflici səbəbiylə 20 il danışa bilməyən qadının süni intellekt sayəsində yenidən "danışmasını" təmin edib.
Hazırda 50 yaşlarında olan Ann Conson adlı qadın 30 yaşında beyin sapı insult keçirib və danışma qabiliyyətini tamamilə itirib. Ənənəvi üsullar illər ərzində bu problemi həll etməyə kömək etməyib. Lakin ABŞ-ın San Fransisko və Berkli Universitetlərində çalışan mütəxəssislər süni intellektin bu problemi həll edə biləcəyini aşkar ediblər. Araşdırma nəticə verib və 20 il danışa bilməyən qadın indi əvvəlki kimi danışa bilir.
Alimlər Ann Conson üçün xüsusi beyin implantı hazırlayıblar. 235 elektroddan ibarət bu implant beyin dalğalarını deşifrə edə bilən xüsusi süni intellekt alqoritmi ilə inteqrasiya olunub. Araşdırma 20 ildir danışa bilməyən bədbəxt qadının yenidən ünsiyyət qurmasına şərait yaradıb. Qadın üçün yaradılmış avatar qadının danışmağa çalışarkən beynində yaranan dalğaları sözlə ifadə edir. Üstəlik, bu avatar qadının mimikasını da çatdıra bilir.
Keçmişdə Ann Consona edilən müalicələr qadına yalnız baş hərəkətləri etməyə imkan verir, dəqiqədə cəmi 14 söz danışmağa imkan verirdi. Ancaq son araşdırma bu vəziyyəti xeyli yaxşılaşdırdı. Qadın artıq öz avatarından belə danışa bilir. Açıqlamaya görə, ünsiyyət dəqiqədə 80 sözə qədər artıb ki, bu da saniyədə bir sözdən çox deməkdir.
Mövzu ilə bağlı açıqlamalar verən Dr Edvard Cang, niyə belə bir üsula ehtiyac duyduqlarını "konkret ünsiyyət yolunun yenidən qurulması" sözləri ilə izah edib. Nəticə olaraq, bu araşdırma ilə Ann Conson artıq öz səsindən istifadə etməsə də, təbii şəkildə, danışaraq insanlarla ünsiyyət qura bilir...
Qadir, Bizimyol.info