Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dekan müavinin tutdurmaq istədiyi tələbə barəsində hökm dəyişmədi
məhkəmə
Bakı Apelyasiya Məhkəməsində Bakı Dövlət Universiteti (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin fakültənin tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə əsasən çıxarılmış hökmdən verilən apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, Yasamal Rayon Məhkəməsi Zəka Mirağayevin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinərək, aylıq əməkhaqqısının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına cəlb edilməsi barədə hökm çıxrıb. Xüsusi ittihamçı apellyasiya şikayətində cəzasının ağırlaşdırılaraq Z.Mirağayevin azadlıqdan məhrum edilməsi, Zəka Mirağayev isə bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Həsən Əhmədovun sədrlik etdiyi kollegiyanın qərarı ilə tərəflərin şikayətləri təmin edilməyib.

Qeyd edək ki, xüsusi ittihamq aydasında şikayətə səbəb tələbənin BDU-nun "İlahiyyat" fakültəsində rüşvət halları olması, Nigar İsmayılzadə dekan müavini təyin olunandan sonra isə neqativ halların artması barədə mətbuatda çıxış etməsi olub.

Dekan müavini onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.Məhkəmə ona 148-ci maddə ilə bəraət verib, 147-ci maddə üzrə isə təqsirli bilib.

Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› "İdarə olunan terror” və ya ən gec yoluxan ən şanslı olacaq - Video
››› Koronavirusla mübarizə aparan həkimlər “Yanıq kərəmi”nə rəqs etdilər – Video
››› Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”
››› Rusiyadan neft açıqlaması
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »