Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Ermənistanla "yaşıl meydan"da qarşı-qarşıya gələcək - Azərbaycan oyunu yaxından izləyir...
Türkiyə Ermənistanla "yaşıl meydan"da qarşı-qarşıya gələcək - Azərbaycan oyunu yaxından izləyir...

“Bu günkü oyun təkcə Türkiyə üçün deyil, eləcə də, Azərbaycan üçün, bütün türk dünyası üçün vacib matçlardan biridir. Təbii ki, narahatçılıq var. Düşməndir deyə, nələrəsə də göz yummaq olmaz. Etiraf etmək lazımdır ki, Ermənistan futbolu son illərdə inkişaf mərhələsi yaşayır. Milli səviyyəsində inkişaf dövrünü yaşayırlar. Son bir neçə ildə Avropa çempionatının seçmə oyunlarında əldə etdiyi nəticələr bunu deməyə əsas verir. Hazırda qrupda olan nəticəsi də bunu göstərir və Türkiyə 6 xal ilə qrupun lideridir. Ermənistan 2-ci yerdədir. Bir oyun da, az keçirib Türkiyədən və toplar fərqində də təəssüflər olsun ki, türklərdən öndədirlər.

Bu barədə Bizimyol.info xəbər portalına danışan “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu gün biz heç bir hal da məğlubiyyəti düşünə bilmərik və oyunun Türkiyədə Eskişehirdə keçiriləcəyini nəzərə alsaq Eskişehir tərəfdarlarının necə bir çılğın türk azerkeşlər olduğunu düşünsək, eyni zaman da Türkiyə millisinin də o qədər zəif olmadığını düşünsək, gənclərdən daha çox təşkil olunan bu millinin yenəcəyini düşünürük.

“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı

Siyasi şərhçi qeyd edib ki, təkcə Türkiyəni yox Azərbaycanı da bu məsələ də xəyal qırıqlığına uğratmaq olmaz. Onun sözlərinə görə, bu, tarixin ən önəmli oyunudur.

“İlk oyunu da, Ermənistanda keçirilən oyunu da biz unutmuruq. Türkiyənin necə çətinliklə 2:1 hesabı ilə qələbə qazandığını da göz ardı etmək olmaz. Ona görə hesab edirəm ki, bunu Türkiyə millisi də yaxşı başa düşür. Oyunun məsuliyyətini də yaxşı başa düşür. Ona görə də hesab edirəm ki, heç bir halda məğlubiyyətdən söz gedə bilməz və qardaş ölkə bu oyunu qələbə ilə başa vuracaq. Maçda 2:0 qələbənin olacağı qənaətindəyəm. Proqnozum budur. Və yaxud da ondan da yuxarı hesabla qələbənin olacağını düşünürəm”-deyən Cavanşir Abbaslı bildirib ki, oyunda Azərbaycan bayraqlarının meydana buraxılması qadağan edilib. Bu da təbii ki, azərbaycanlılar olaraq bizləri çox təəssüfləndirir. Politoloq qeyd edib ki, bu məsələdə də Türkiyənin üzərinə getməyin tərəfdarı deyil. Çünki UEFA tərəfindən gələn təlimat əsasında belə bir qərar qəbul edilib.

“Haradasa Türkiyəni də başa düşmək olar. Türkiyə də istərdi ki, bütün meydan rəqibə psixoloji təsir tərəfdən Azərbaycan və Türkiyə bayraqları ilə bəzənsin. Qardaş Türkiyə və Azərbaycan bayrağı yanaşı olanda necə gözəl göründüyü məlumdur. Bunu Türklər də, Azərbaycanlılar da yaxşı bilir. UEFA-da nəsə düşünüb bu qərarı qəbul etdi. Burada da, xristian təəssübkeşliyi də özünü göstərdi. İstənilən halda ədalətli qərar deyil. Hər kəs meydana gəlirsə, bir ölkənin bayrağını gətirirsə, o onun şəxsi işidir, hüququdur. Buna qarışmaq olmaz, amma nə edək ki, dünya ədalətsiz dünyadır”-deyə politoloq əlavə edib.

Cavanşir Abbaslı bildirib ki, təxribat məsələsinə gəldikdə isə hazırda təmas xəttində kifayət qədər gərginlik yaşanır, proseslər getdikcə qızışır və hətta yaxın günlərdə “müharibə olacaq” kimi iddialar da irəli sürülür.

“İstənilən halda düşünmürəm ki, oyun öncəsi hər hansı təxribat olsun. Zatən oyunun başlamasına saatlar qalıb. Axşam Bakı vaxtilə saat 22:45-də oyun başlayacaq və bu saatlar ərzində hansısa bir təxribatın olma ehtimalları sıfıra bərabərdir. Oyun zamanı hansısa təxribatdan söhbət gedə bilməz. Oyun 90 dəqiqə olacaq. Rəqib səfərdə, yəni Türkiyə də oynayır. Təbii ki, orada hər hansısa təxribata yol vermələri sıfıra bərabərdir. Bir oyunun timsalında müharıbəmi başlayacaq? Zatən onlar müharibəyə başlamaq iqtidarında deyillər və ona görə də narahatçılığa gərək yoxdur”-deyə Cavanşir Abbaslı vurğulayıb.

Oyundan sonra təxribatlar ola bilərmi?

Siyasi şərhçi hesab edir ki, baş verəcək oyundan sonra təxribatların olması sadəcə ehtimaldır.

“Dediyim kimi oyun Ermənistanda deyil, Türkiyədə keçirilir. Gələn azsaylı ermənilərin Türkiyədə hansısa təxribat törətməyə cəsarətləri çatmaz. Rahat olmağa dəyər.

Hər kəs oyunun başlama vaxtını iplə çəkir. Səbirsizliklə gözləyirik. İnanırıq ki, bu axşam keçiriləcək oyun qardaş Türkiyənin və Azərbaycanın qələbəni qeyd etməsi ilə bitəcək. Bunu hər kəs arzu edir və belə olacağına əmindir”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »