Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət qeyri-neft ixracının artdığını deyir, rəqəmlər isə çox aşağıdır
Hökumət qeyri-neft ixracının artdığını deyir, rəqəmlər isə çox aşağıdır

Dünya neft bazarında qiymətlər yetərincə yüksəkdir. Azərbaycan məhsulunun barelini 90 dollardan ucuz satmır. Hökumətin bu durumdan narazı olması mümkün deyil. Yenə qeyri-neft sektoru yaddan çıxacaq. Bu istiqamətdə illərdir verilən vədlər yerinə yetirilmir. Belə görünür ki, ortada vəziyyəti dəyişmək istəyi yoxdur.

Bizimyol.info xəbər verir ki, 2023-cü ilin ilk 8 ayı ərzində ötən ilin analoji dövrü ilə müayisədə qeyri-neft sektoru üzrə ixracın 14 faizdən çox artdığı bildirilir. Qeyri-neft ixracının dəyəri 2,2 milyard dollara çatıb. Ümumi ixrac 24,4 milyard dollar dəyərində olub. Təsəvvür edin, qeyri-neft sektorunun payına heç 10 faiz düşmür.

Başqa problem odur ki, qeyri-neft ixracı elektrik enerjisinin sayəsində artıb. Məhz bu istiqamət hökumətin eyibini ört-basdır edir. Qalan göstəricilərə baxanda, əslində, geriləmə müşahidə olunur.

İstehsalın azalması başqa mənzərə yarada bilməzdi. Avqustda qeyri-neft ixracı heç qənaətbəxş olmayıb. Yəni azalma var. Yayın son ayında 200 milyon dollardan bir az çox ixrac qeydə alınıb. Cüzi artım varsa da, bunu təsəlli kimi qəbul etmək olmaz. Ölkənin neft resursları tükənəcək. Onsuz da hasilat xeyli azalıb. Getdikcə rəqəmlər yalnız aşağı düşəcək. Buna görə də təbii qazla bağlı daha iddialı açıqlamalar verilir. Çünki neftin ölkədə böyük perspektivi yoxdur.

Qeyri-neft sektoru mütləq inkişaf etdirilməlidir. Hökumət isə heç cür ayılmaq istəmir. Vəd olunmuşdu ki, 2020-ci ilə qədər adambaşına düşən ixrac həcmi 1000 dollara çatacaq. Göstərici 200 dollar civarındadır. Son illər qeydə alınan artım da böyük deyil. Məsələn, 2014-cü ildə adambaşına düşən ixrac 192 dollar olub. İllər keçir, ümumi mənzərə isə dəyişmir. İqtisadiyyat neftə söykənərək günləri sayır. Gələcək heç yaxşı şeylər vəd etmir. Zaman bütün hallarda Azərbaycanın xeyrinə işləmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »