“Erməni xalqı anti-Rusiya təxribatlarından çəkinməyi bacaran müdrik xalqdır. Əminik ki, erməni cəmiyyəti hər şeyi mükəmməl başa düşür və Ermənistanın uzunmüddətli təhlükəsizlik maraqlarını təmin edəcək düzgün nəticələr çıxaracaq”. Bu barədə Rusiya XİN-nin məlumatında deyilir. Qeyd edilib ki, Moskva heç kimə heç nə diktə etmir, lakin tərəfdaşlarının diqqətini NATO ilə yaxınlaşmanın kimsə üçün müsbət nəticə verməyəcəyinə yönəldir.
Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatı və eyni zamanda sonra Ermənistanın spikeri Simonyanın Rusiyanın Xarici İşlər Naziri mətbuat katibini “katibə” adlandırması, eyni zamanda Paşinyanın açıq şəkildə Rusiyanı münaqişə ilə bağlı problemlə ittiham etməsi Rusiya ilə Ermənistan arasında artıq soyuq münasibətlərin olduğundan xəbər verir. Ermənistan üçün dost və tərəfdaş ölkə, tərəfdaş dövlət yoxdur. Mümkün də deyil. Çünki Ermənistan üçün maraqlar və ona sahib çıxacaq güclər var. Ermənistana kim sahib çıxsa və kim Ermənistanı dəstəkləsə, Ermənistan onun yanına qaçacaq. Neçə illik və əsrlik tərəfdaşını, ona himayə duran onu saxlayan və onu alət kimi istifadə edən dövlətlərdən, xalqlardan uzaqlaşır. Bu, erməni xalqının xislətidir.

Politoloq bildirib ki, Ermənistanın baş naziri Paşinyanın Qərbə meylləndiyini və ölkənin Qərb istiqamətində münasibətlər qurmağı üstün tutmasını açıq şəkildə bəyan etməsi, Rusiyanın xoşuna gəlmir. Bu səbəbdən də, Rusiya Ermənistanı, həm Ukrayna məsələsi ilə təhdid edir, həm də Ermənistan xalqının hazırkı hakimiyyəti devirə biləcəyini xalq vasitəsi ilə qorxutmağa çalışır.
“Bildirmək istəyir ki, Sarksiyan və Köçəryan komandasının klanına dəstək göstərməklə, Paşinyanı istədiyi vaxtda devirə bilər. Bu, bir təhdidir və Paşinyanın ağılını başına yığmaq üçün bir şansdır”- deyən politoloqun fikrincə, bu, Rusiya tərəfindən verilmiş olan bir şansdır.
“Paşinyan da bilirsiniz ki, öz millətinə xas olacaq addımlar atır və istədiyi vaxtı istədiyi mövqeyi dəyişə bilir. Çox təəssüflər ki, Rusiya və digər ölkələrdə bunu çox normal qarşılayırlar və Paşinyana və onun komandasına ciddi təsirlər etmirlər. Bu səbəbdən də, bu gün Paşinyan rahat şəkildə Qərbə meyilləndiyini və ABŞ hərbiçiləri ilə Ermənistan hərbiçilərinin birgə təlim edəcəyini açıq şəkildə bildirir. Bu da təbii ki, Rusiyaya qarşı bir qrupda yer alması deməkdir.
Paşinyan maraqlı bir söz işlədib və deyir ki, “biz Ukrayna-Rusiya müharibəsində Rusiyanı dəstəkləmədiyimiz üçün, bu gün də Rusiya bizə təziq edir. Bu, çox gülməli və absurd fikirdir. Ona görə ki, əvvəla Rusiya-Ukrayna müharibəsində Ermənistan dövləti Rusiya tərəfindən döyüşmək üçün əsgərlər göndərdi. Rusiyanın Ukraynaya müharibə elan etməsi və Ukraynaya qarşı əsgər göndərməsi zamanı Ermənistan da, Belarus, Çeçenistan və Rusiyanın tərkibində olan digər dövlətlər kimi öz hərbçilərini Rusiyanın ixtiyarına verdi. Amma halbuki Ermənistanın özünün əsgəri yoxdur. İkinci Qarabağ müharibəsi zamanı olan-qalan əsgərlər də məhv olub”-deyə Ramiz Alıyev qeyd edib.
Politoloqun fikrincə, bu gün Rusiya da, Qərbdə çox yaxşı bilir ki, Ermənistan xalqı və Ermənistan dövləti əsrlər boyu alət kimi istifadə edilib, sonra da satqınlıq edib, geri çəkilib. Ermənistan öz dostunu, tərəfdaşını satan bir xalq və dövlətdir.
İradə Cəlil, Bizimyol.info