Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna PUA-ları Moskva vilayəti, Bryansk və Rostov-na-Dona səmalarında – Video
Ukrayna PUA-ları Moskva vilayəti, Bryansk və Rostov-na-Dona səmalarında  – Video

Təxminən gecə saat 3 radələrində Rostov vilayəti səmasında iki Ukrayna pilotsuz təyyarəsi vurulub.

Bizimyol.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev məlumat verib.

“Bir pilotsuz təyyarə Rostovun mərkəzində, Puşkinskaya küçəsindəki 42 saylı evin ərazisinə, ikincisi isə Batayskın mərkəzinə düşüb. Hücum nəticəsində bir nəfər yaralanıb - onun ayaqlarında kəsilmiş yaralar olub. Kişi xəstəxanaya yerləşdirməkdən imtina edib", - deyə Qolubev bildirib.

Pilotsuz təyyarənin qəzaya uğradığı yerdən yolun qarşı tərəfində Cənub Hərbi Dairəsinin qərargahı yerləşir. Həmçinin Rostovda üç binanın fasadları və şüşələri, bir neçə avtomobil zədələnib. Batayskda yaşayış olmayan ikimərtəbəli evə ziyan dəyib.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, bölgə səmasında Ukraynaya məxsus 3 pilotsuz uçan aparat vurulub. Pilotsuz təyyarələrdən biri Bryanskın mərkəzinə düşüb, digər ikisi isə şəhərə yaxınlaşarkən vurulub.

“PUA hissələrinin düşməsi nəticəsində Bryansk I dəmiryol vağzalı binasının şüşələri, stansiya meydanı və bir neçə vaqon qismən zədələnib”, - deyə Boqomaz bildirib.

Moskva meri Sergey Sobyanin bildirib ki, Ramenski şəhər rayonunda Ukraynaya məxsus olduğu güman edilən pilotsuz təyyarə vurulub. Onun sözlərinə görə, PUA-ların qalıqlarının düşdüyü yerdə dağıntı və tələfat yoxdur.

Telegram-kanal "Mash" yazır ki, pilotsuz təyyarənin qalıqları Jukovski hava limanından uzaq olmayan Desantnaya küçəsinə düşüb. Partlayışın təsirindən qonşu evlərin pəncərələri sınıb. Federal Hava Nəqliyyatı Agentliyi səhər saatlarından Moskvada reyslərə məhdudiyyətlərin tətbiq edildiyini, hazırda paytaxtın hava limanlarının normal rejimdə işlədiyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »