Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin dövlət qurumlarında "iPhone" qadağan edib - Media
Çinin dövlət qurumlarında "iPhone" qadağan edib - Media

"Wall Street Journal" qəzeti Çində hökumətə bağlı qurum və təşkilatlarda çalışanlara iPhone model smartfonları və digər xarici marka modellərini iş üçün istifadə etməmək və onları işə aparmamaq göstərişi verildiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, qəzet “mövzu ilə bağlı məlumatı olan mənbələrə” əsaslanan xəbərində qeyd edib ki, son həftələrdə dövlət qulluqçuları iş yerlərində keçirilən toplantılarda və mesaj qruplarında rəhbərlərindən göstərişlər alıblar.

Sərəncamın nə dərəcədə geniş vüsət aldığının bilinmədiyi qeyd edilən xəbərdə bəzi dövlət tənzimləyici qurumlarının şəxsi heyətinə də oxşar xəbərdarlıqların edildiyi bildirilib.

Xəbərdə Pekinin əslində bəzi kritik dövlət qurumlarında vəzifəli şəxslər tərəfindən "iPhone" istifadəsinə məhdudiyyətlər qoyduğu və son əmrin tətbiqi daha adi hala gətirdiyi iddia edildi. Bu tədbir Pekin administrasiyasının texnologiyadan xaricdən asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq üçün son səylərinin bir hissəsi hesab olunur.

"Bloomberg" keçən il dərc etdiyi xəbərdə, ölkədəki dövlət qurumlarına iki il ərzində "Windows" əməliyyat sistemi və xarici marka kompüterlərin istifadəsini yerli markalar və açıq mənbə alternativləri ilə əvəz etmə təlimatı verdiyini iddia etmişdi. Maraqlıdır ki, Çinin bu addımları ABŞ-ın Çin texnologiya şirkəti "Huawei" və sosial media platforması "TikTok"a tətbiq etdiyi oxşar qadağalardan sonra atlıb.

Son illərdə, geostrateji rəqabət və ABŞ ilə gərginlik artdıqda, Çin hökuməti rəqəmsal mühitlərə və məlumat təhlükəsizliyinə nəzarəti gücləndirib. ABŞ və Çin arasındakı gərginliyə baxmayaraq, "Apple" 22 faizlə Çində smartfon satışında ən böyük paya sahibdir.

Çində smartfonlarının əhəmiyyətli bir hissəsini subpodratçılar vasitəsilə istehsal edən şirkət gəlirinin 19 faizini də Çin bazarından təmin edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »