Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqəmsal transformasiya, Dijital insan - Neyro sistem, Transhumanizm anlayışı…
Rəqəmsal transformasiya, Dijital insan - Neyro sistem, Transhumanizm anlayışı…

“Yeni çağın virtual dünya düzənində rəqəmsal transformasiya siyasəti get-gedə dərinləşir. Belə ki, internetin “ağıllı” platformaları üzərində yeni minilliyin həyacanlı çağırışları sırasında “rəqəmsalladırma” siyasəti bir nömrəli aktual məsələ olaraq qalır. Virtual məkanda yeni-yeni rəqəmsal layihələr, innovativ yaradıcılıq, o cümlədən “dijital insan” çalışmaları informasiya cəmiyyətlərinin dərinliklərinə işləmiş, onun ağıllı platformalarına da yaxından inteqrasiya olunabilmişdir.”

Bu barədə Bizimyol.info xəbər portalına internet üzrə ekspert Əflatun Məmmədov danışıb. Ekspert bildirib ki, qeyd olunan əsas motivlərlə əlaqədar inkişaf etmiş ölkələrin dövlət başçılarının sətiraltı ehyamlarında yeni rəqəmsal dünya düzəninin qurulacağı, növbəti vurtual eraya qədəm qoyulacağı və onun əvvəlkilərtək olmayacağı onlar tərəfindən dəfələrlə vurğulanıb. Bu kimi strateji bəyanatlar gələcək yeni rəqəmsal dünyanın, onun yeni virtual məzərəsinin, o cümlədən elmi nəzəriyyəsinin qavranılması baxımından özü ilə bir az qayğılandırıcı, xeyli də düşündürücü mühüm nüansları ortaya qoymuş oldu.

Əflatun Məmmədov Əflatun Məmmədov

“Dijital İnsan”, “Neyro İnsan”,“Transhumanizm” anlayışları və onların texniki dildə qavramı özündə nəyi ehtiva edir?

Əflatun Məmmədov bildirib ki, “Rəqəmsal (Dijital) İnsan” dedikdə, insanın virtual məkanda həyat və fəaliyyətinin müxtəlif interaktiv “ağıllı” rəqəmsal platformalara inteqrasiyası başa düşülür. Daha ətraflı onun, nano texnologiyaların köməyilə çipləşdirilməsi, eyni zamanda canlı “smart” əməliyyatların elektron işləmlər müstəvisinə keçilməsi və uyğunlaşdırılması nəzərdə tutulur.

“Neyro İnsan” dedikdə isə bilavasitə insani hiss, təbii duyğu və düşüncələrlə sosial ünsiyyətin təbiiliyinə önəmin verilməsi ehtiva olunur, həmçinin özünü interaktiv ifadə etməkdə canlı təması, ona verilən xüsusi əhəmiyyəti şərtləndirmiş olur.

“Transhumanizm” dedikdə isə insan zəkasının gücü ilə virtual zaman və məkanda texnoloji tərəqqi ilə uzlaşma, ona yaxından inteqrasiya başa düşülür. Həmçinin də virtual məkanın şərtləndirdiyi yeni rəqəmsal yaşam ortamına keçid anlaşılır. Bütövlükdə isə neo-sivilizasiya yönlü ümumrəqəmsal transformasiya proseslərini əhatə edir.

“Burada texnoloji tərəqqi baxımından xarakterizə olunan yeni məqamlar, beynəlxalq ekspert çalışma və araşdırma mərkəzinin analitik təhlillərinə əsasən həyata keçirilən “rəqəmsal (dijital) insan” layihələrinin mahiyyəti üzrə şərh edilib. Belə ki, “Dərin Dünya Gücləri”nin (DDG) öncədən düşünülmüş senarilərilə yeni virtual dünya sakinləri tərəfindən yaxın gələcəkdə “rəqəmsal (dijital) insan” modeli gəlişdiriləcək, nano texnologiyaların köməyilə çipləşdiriləcək və eləcə də “ağıllı” elektron vasitələrlə virtual müstəvidə idarə olunacaqlar.

Məlum olduğu kimi müxtəlif inrernet mənbələrində 2020-ci ildən etibarən “Rəqəmsal (Dijital) İnsan Test ili” və eləcə də test sonrası işləmlərin reallaşdırılma dövrü və kütləvi “çipləşdirmə“ senariləri bəyan edilərək geniş təbliğ olunur. Bununla da “Rəqəmsal (Dijital) İnsan” tezisləri, onun “transhumanist”, həmçinin “Neyro İnsan” antitezislərinə keçid prosesləri konspiroloji nəzəriyyələr üzərindən öz təsdiqini tapmış oldu”-deyə ekspert əlavə edib. Onun sözlərinə görə, burada bir daha burada əsas məqsəd 2030-cu ilə qədər “Rəqəmsal (Dijital) İnsan” layihəsini işə salmaq, insan həyatını, onun büsbütün interaktiv virtual fəaliyyətlərini “ağıllı” İnternet platformaları ilə inteqrasiya etmək, fərdi qaydada nano çiplər yerləşdirmək, o cümlədən ekektron xidmət, smart emal, istehsal və innovativ sənaye proseslərini robotik texnologiya formatlarına keçirməkdir.

“Digər tərəfdən də qlobal sosial məsələ kimi dil, din və irqi məsələlər arasında olan ayrı-seçkilikləri ortadan qaldırmaq hədəflənmişdir. Həmçinin vahid elektron dünya idarəetmə siyasəti yürütmək, vahid pul, vahid interaktiv kiberməkana nail olmaq planlanılmışdır. Burada əsasən də dil, din və irqi rəmzləri içərən məxsusi dövlət atributlarının qlobal unifikasiyası nəzərdə tutulmuşdur. Beləliklə “Dərin Güc Mərkəzlərinin” yeni virtual dünya düzəni senariləri bizim bildiyimiz klassik iş ortamlarını gələcəkdə “ağıllı” (smart) tələb-təklif mühitinə və eləcə də süni zəka (“artificial intelligence”) prinsiplərini, robitik texnologitalar əsasında innovativ istehsala, emal və elektron xidmət sahələrinə transformasiya etdirməyi hədəf seçmişdir”-deyə ekspert vurğulayıb. O, bildirib ki, bununla da 2030 oncəsi aktiv “Rəqəmsal (Dijital) İnsan” tezisi ilə başlayan bu proseslərin çox irəliləyə bilməyəcəyi proqnozlaşdırılır. Eyni zamanda transhumanist, o cümlədən Neyro İnsan antitezisləri ilə geriyə doğru sıçrayışlı dönüş proseslərinin başladılacağı da qaçılmaz görünür. Nəhayətində isə bizim bir daha insan olduğumuz, ağlımız, hissimiz və duyğularımızın var olduğu həyatı faktor kimi əsas götürüləcəkdir. Həmçinin informasiya cəmiyyətləri tərəfindən sərt tələblər irəli sürüləcək, onların aktiv təşəbbüsü çoxluq təşkil edəcək və bir daha qaçılmaz geriyədönüş proseslərini sürətləndirmiş olacaqdır.

“Bununla da texnoloji tərəqqi ilə müşaiət olunan “rəqəmsal (digital) insan” tezisinə nöqtə qoyulacağı və bu yöndə yürüdülən qlobal güc mərkəzlərinin “total rəqəmsallaşdırma” siyasətinin durdurulacağı da güman edilir. O cümlədən yaxın gələcəkdə bu siyasətə qarşı çıxılacağı və eləcə də qarışıqlıq yaradacaq kütləvi ayaqlanmaların olacağı da istisna edilmir”-deyən ekspert vurğulayıb ki, burada “Dərin Dövlət Gücləri”dedikdə savaşdıraraq silah, xəstəlik yayaraq dərman, borclandıraraq maliyyə ələbaxımlısı edən güc mərkəzləri və onların məkirli senariləri, irəli sürdükləri tezis və eləcə də antitezisləri ilə də “xilaskar” rolu nəzərdə tutulur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »