Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Audit şirkətindən Xarici İşlər Nazirliyinə cavab
A KPMG logo is seen on their down town office tower in Los Angeles, California
“KPMG-nin Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı son zamanlar bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə yayımlanan məlumatlara münasibətdə KPMG tam məsuliyyətlə bəyan edir ki, KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və heç vaxt olmayıbdır”.

Bu barədə bizimyol.info-nun sorğusuna cavabında Azərbaycanda audit xidmətləri göstərən “KPMG Azərbaycan”dan bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına əsasən "KPMG" audit şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən "Artsakhbank" adlı qurumun auditorudur.

“KPMG Azərbaycan”dan bildirilib ki, 2016-cı ilin əvvəlində KPMG MDB-də, münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran və əməl edilməsi məcburi olan daxili qaydalar qəbul edilib: “Sözügedən qaydalar, digər məsələlərlə yanaşı, KPMG-nin MDB-də olan üzv şirkətlərinə Dağlıq Qarabağdakı təşkilatlarla/qurumlarla müqavilə bağlamağı və həmçinin KPMG işçilərinin Dağlıq Qarabağa getməsini və orada işləməsini qadağan edir”.

Şirkətdən bildirilib ki, “KPMG Azərbaycan” KPMG-nin müstəqil üzv şirkətlər şəbəkəsinin üzvüdür: “KPMG MDB-də beynəlxalq hüquq normalarına və fəaliyyət göstərdiyi bütün ölkələrin qanunlarına və normativ hüquqi aktlarına hörmətlə yanaşdığını və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əməl edilməsini öz dəyişilməz məqsədi olduğunu bəyan edir”.

22 yanvar 2017-ci il tarixində “KPMG Azərbaycan”a göndərdiyimiz informasiya sorğusunun ikinci və üçüncü suallarına cavab verilməyib. Cavabsız qalan sualları təqdim edirik:

1.“KPMG” Azərbaycanda hansı banklarla əməkdaşlıq edir?

2.“KPMG” auditoru olduğu "Bank Standard" və "Texnikabank"ın vəziyyətini bir qayda olaraq qənaətbəxş qiymətləndirib?

Ramid İbrahimov

Paylaş »
››› "İdarə olunan terror” və ya ən gec yoluxan ən şanslı olacaq - Video
››› Koronavirusla mübarizə aparan həkimlər “Yanıq kərəmi”nə rəqs etdilər – Video
››› Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”
››› Rusiyadan neft açıqlaması
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »