Biz bitkilərlə danışdığımız zaman, əslində, budaqdan qoparılan zaman qışqıraraq bizə cavab verirlər. Bəs əgər onlar həqiqətən səs yayırlarsa, niyə biz bu səsləri eşitmirik? Suvarma zamanı narahat olduğumuz mövzularla bağlı, bitkilərin səssizliyinə baxıb, bəzən ürəyimizi boşaldaraq. Bitkilərin qoparılanda və ya suvarılanda cavab olaraq səslər çıxardığı aşkar edilib. Lakin bu, bizim səslərimizə bənzəmir.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, biz bitkiləri incitdiyimiz zaman bitkilər qışqırır, lakin biz onları eşitmirik. Çünki onların sıx gərginlik zamanı ətrafa yaydıqları tezliklər insan qulağının eşitmədiyi diapazonlarda olur. Bitkilərin eşitmədiyimiz halda çıxardığı səslər onların stressini ifadə etmə üsullarından biridir. Ən sakit hesab etdiyimiz ərazidə belə insan qulağının eşitmədiyi tezliklərdə səslər var.
Təl-Əviv Universitetinin bioloqu Lilac Hadany bu səsləri eşidən heyvanların olduğunu, lakin insanların eşitməsinin demək olar ki, mümkün olmadığını bildirib. Təbiətdəki canlıların bir-biri ilə əlaqə qurma üsullarından biri səslərdir. Bitkilər, həşəratlar və digər canlılarla qarşılıqlı əlaqədə olan orqanizmlər çox vaxt ətrafdakı canlılarla ünsiyyət qurmaq üçün səslərindən istifadə edirlər. Xüsusilə, stress altında olanda bitkilər düşündüyümüz qədər passiv qalmır. Rəngini və formasını dəyişirlər, ətraflarında kəskin qoxular yayırlar.
Bitkilər tərəfindən edilən bu fizioloji dəyişiklikləri bir növ müdafiə mexanizmi hesab etmək olar. Bildirilib ki, bitkilərin bu dəyişməsi özlərini qorumaq və müdafiə etmək məqsədi daşıyır. Ancaq fizioloji dəyişikliklərdən başqa, bitkilərin səs çıxara bildiyi aşkar edilib.
Lilach Hadany və onun həmkarları bitkilərin səsləri qəbul edə bildiyini kəşf ediblər. Bunu dəqiq öyrənmək üçün onlar sınaq subyekti kimi pomidor və tütün bitkilərindən istifadə ediblər.
Birinci qrup subyektlər suvarılan və kəsilməmiş bitkilər idi. Onlar bu təcrübəni əvvəlcə stresssiz bir mühitdə, yəni səs keçirməyən otaqda, sonra isə istixana mühitində əsas biliklərə yiyələnmək üçün aparıblar. İkinci qrup subyektlər kəsilmiş və susuzlaşdırılmış bitkilərdir. Onlar həmçinin bu bitkiləri səs keçirməyən otaqda, sonra isə istixana şəraitində müşahidə ediblər. Stressli mühitdə olan bitkilərin insan qulağının eşitmədiyi tezlik diapazonlarında radiusu 1 metri keçən səs dalğaları yaratdığı müşahidə edilib. Bu səsi partlayış və ya çırtma səsi kimi düşünə bilərik. Saatda ortalama 40 klik yayan bitkilər, stress davam etdikcə bu səs-küyü artırdı. Stressə məruz qalmayan bitkilər heç bir reaksiya verməyərək, normal proseslərini davam etdiriblər.
Hadany və həmkarları istifadə etdikləri alqoritmlə təkcə pomidor və tütün bitkilərinin deyil, digər bitkilərin də (buğda, qarğıdalı, üzüm, kaktus və s.) fərqli səslər çıxardığını kəşf ediblər. Bir səsin uzaqdan və ya daha yaxından gəldiyini, yüksək və ya alçaq olduğunu necə anlaya bilərik? Təbii ki, bu maraqlı araşdırmanın yarımçıq tərəfləri var. Bu anda bitkilərin çıxardığı səslərin mənbəyi hələ aydın deyil. Digər stress mühitlərinin (həddindən artıq istilik və digər mənfi şərtlər) bitkilərə təsiri hələ də tədqiqat mövzusudur.
İlahin, Bizimyol.info