Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücüsüz taksilər təcili yardımın yolunu bağladı, xəstə həyatını itirdi
Sürücüsüz taksilər təcili yardımın yolunu bağladı, xəstə həyatını itirdi

ABŞ-ın San-Fransisko şəhərində iki sürücüsüz robot taksi ağır yaralı şəxsi daşıyan təcili yardımın yolunu kəsib. Xəstəxanaya çatdırılmaq istənilən yaralı qısa təcili yardım mşınında dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, avtonom Robot taksilər 4 zolaqlı, bir tərəfli yolun sağ iki zolağında dayanıblar. Təcili yardımın keçməsi üçün digər zolaqdakı maşının polisin yardımı ilə hərəkət etdirilməsi məcburiyyəti yaranıb.

Təcili yardım maşınında olan yaralı qəza yerindən təxminən 3,8 kilometr aralıda yerləşən Zukerberq San-Fransisko Xəstəxanasına çatdıqdan 20-30 dəqiqə sonra dünyasını dəyişib.

Robot taksilərin sahibi olan "Cruise" şirkətinin sözçüsü şirkətin günahı olmadığını iddia edib.

Şirkətdən verilən açıqlamada: "Yaralılar təcili yardıma yerləşdirilən kimi təcili yardım maşını dərhal hadisə yerini tərk edib və "Cruise" heç vaxt o avtomobilin qarşısını kəsməyib", - deyə qeyd edib.

"Cruise"nin "New York Times" ilə paylaşdığı görüntülərdə təcili yardım da daxil olmaqla digər vasitələrin "Cruise" taksisinin sağ tərəfindən keçdiyi müəyyən edilib. Görüntülərə görə təcili yardım maşını xəstənin maşına yerləşdirilməsindən təxminən 90 saniyə sonra dayanan "Cruise" avtomobilinin yanından keçib.

Təcili yardım xidmətinin rəisi Jeanine Nikolson isə bu cür hadisələrdə "saniyələrin vacib olduğunu" vurğulayaraq, problemin cavab qruplarının xəstəyə çata bilməməsindən qaynaqlandığını bildirib. Nikolson: "Hələ ki, "Cruise"un yaratdığı hər hansı təhlükəli şəraitə görə məsuliyyət daşıdığını görməmişəm", - deyə bildirib.

Yol hərəkəti təhlükəsizliyi barədə danışan mütəxəssislər, sürücüsüz avtomobillərdə xidməti maşınların siqnallarına reaksiya proqramı yerləşdirilməsinin vacib olduğun bildiriblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »