"Kapitalizmi, bazar iqtisadiyyatını borcsuz təsəvvür eləmək olmur. İnsanlar öz bizneslərini, gündəlik təlabatını belə təkcə öz şəxsi vəsaitlərindən qarşılamırlar. Onlar borclanırlar. Borclanmanın birinci istiqaməti kredit səbəbindən ortaya çıxır".
Bu barədə Bizimyol.info xəbər portalına da iqtisadçı Pünhan Musayev danışıb. O, qeyd edib ki, son yarım əsrdə inkişaf çox dəyişib. Belə ki, artıq real sektordan çox maliyyə dövranı ortaya çıxmaqdadır.

“Bu maliyyə dünyasının da əsas simalarından biri, qiymətli kağızlar, borc alətləri, borc kağıları bazarlarıdır. Dünyanın ayrı-ayrı ölkələri, firmaları, şirkətləri, özəl təsərrüfatları özlərinə məxsus olan müəyyən sənədləri, istiqrazları, qiymətli kağızları, müvafiq borc alətlərini özləri dərc edərək, müxtəlif vəsaitlər cəlb edə bilirlər. Borclanmanın əsas motivi ondan ibarətdir ki, bu maliyyələşdirmə daha çox büdcə vəsaitləri hesabınadır. Yəni biz həmin vəsaitlərdən istədiyimiz qədər istifadə etməyə vermirik və yaxud da heç onun qaytarılması barədə düşünmürük. Çünki o təminat rolunu oynayır. Ancaq istər kredit, istər qiymətli kağızlar olsun, borclanmaq mütləq bir məsuliyyət yaradır və vəsaitlərimizdən daha qənaətlə, daha lazımlı formada effektiv istifadəni şərtləndirir. Bundan əlavədə o qaytarılanlıq şərtinə malikdir”-deyən iqtisadçı vurğulayıb ki, məhz bu baxımdan da kapitalizm dünyasını borcsuz təsəvvür etmək mümkün deyil.
Mütəxəssisin fikrincə, pandemiya nəticəsində dövlət xərcləri artıb. Yəni evdə oturan, çalışmayan insanlara dövlətlər əlavə vəsait xərcləməyə məcbur qalıblar. Bu xərclərin artması isə, dövlət kəsirlərini artırıb, dövlət kəsirləri də istənilən halda, əgər iqtisadiyyatda real artım geriləyibsə, borcla kompensasiya olunur. Bu məsələnin birinci tərəfidir. Digər tərəfdən pandemiyadan sonra müharibənin üzləşdirdiyi çətinliklər, müəyyən iqtisadi təhlükələrdən biri olan inflyasiya fonunda yenidən xərcləmələr artmışdır. İnflyasiyanın qarşısını almaq üçün də faiz dərəcələrinin artması dünya üzrə boru “katastrofik” həddlərə gətirib çıxarmışdır.
“Təsadüfi deyildi ki, ötən ilinin sonunda borc səviyyəsi 305 trilyon civarında qeydə alınmışdır. Bu, pandemiyadan əvvəlki dönəmdə 45 trilyon dollar çox həcm deməkdir”-deyə iqtisadçı əlavə edib.
İqtisadçı Pünhan Musayevin “dünyanın borcu” mövzusunda açıqlamasına Bizimyol.info xəbər portalının rəsmi YouTube səhifəsində baxa bilərsiniz.
İradə Cəlil, Bizimyol.info