Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyada müharibəyə getməkdən imtina edən miqrantları deportasiya gözləyir" - Ekspert rəyi
"Rusiyada müharibəyə getməkdən imtina edən miqrantları deportasiya gözləyir" - Ekspert rəyi

Rusiya Dövlət Duması bu günlərdə Rusiyada hərbi qeydiyyata düşmək istəməyən, müharibədə iştirak etməkdən imtina edən Rusiya vətəndaşlığı əldə edən miqrantların taleyi ilə bağlı önəmli qərara qəbul edəcək. Belə ki, bu şəxslər vətəndaşlıqlarını itirməklə yanaşı, ölkədən deportasiya da edilə bilərlər.

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında deyib ki, Rusiyada hərbi uçota durmayan insanlar vətəndaşlığı itirəcəklər. Onları ailə üzvləri də vətəndaşlığı itirəcəklər.

Azər Allahverənov Azər Allahverənov

"Təbii ki, Rusiya ərazisini hamı tərk etməyəcək. Onlar sonrakı mərhələdə Rusiya Federasiyasında əcnəbi olaraq qalacaqlar. Bu şəxslər Azərbaycan vətəndaşıdırlarsa, Azərbaycan vətəndaşı kimi qalacaqlar. Əgər nə vaxtsa vətəndaşlıqdan imtina ediblərsə, o zaman onlar yenidən vətəndaşlığı bərpa etmək barədə düşünəcəklər. Amma bu da çox uzun çəkən bir prosesdir. Belə ki, onların Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi kifayət qədər çox vaxt apara bilər" -deyən ekspert bildirib ki, belə olan halda o şəxslər Azərbaycana gəlməli və burada hüquqi cəhətdən vətəndaşlıq məsuliyyətləri ilə bağlı olan məsələləri həll etməlidirlər. Yalnız bundan sonra Rusiyaya yenidən qayıda bilərlər.

Azər Allahverənovun fikrincə, deportasiya məsələləri gündəmdə saxlanıla bilər. Rusiyada cinayət məcəĺləsiylə bağlı müəyyən hüquq pozmalarına yol veriblər.

“Məsələn, ordu barədə saxta məlumatın yayılması… Xüsusilə, indiki zamanda hərbi əməliyatların getdiyi bir şəraitdə ölüm, bədənə xəsarət, orta və ağır xəsarətlərin yetirilməsi, işgəncələrin verilməsi ilə bağlı saxta məlumatlar əsas yaradır ki, şəxs Rusiya Federasiyasının vətəndaşlığını itirsin. Amma Rusiya höküməti maraqlıdır ki, Rusiya Fedarasiyasının vətəndaşlığını əldə etmiş şəxslər, hərbi mükəlləfiyyətli olan və hərbiyə cəlb olunacaq şəxlər, bu və ya digər formada hərbi xidmətə cəlb olunsunlar. Sosial şəbəkələrdə də müəyyən məlumatlar yayılır ki, Sankt-Peterburqda, Moskvada müxtəlif yerlərdə - miqrantların olduğu yerlərdə, kompakt yaşadığı ərazilərdə zaman-zaman reydlər keçirilir. Reydlər zamanı aşkarlanan miqrantlar arasında Rusiya Federasiyasının vətəndaşı olan şəxslər varsa, onların hərbi uçota götürülməsi ilə bağlı öhdəlik qoyulur. Hələ ki, bu proses kütləvi hal almayıb”-deyən Azər Allahverənov qeyd edib ki, yeni qanun qüvvəyə mindikdən sonra hərbi qeydiyyata düşmək istəməyənlər özləri Rusiya Federasiyasının vətəndaşlığından imtina etmək istəyəcəklər. Çünki onların hərbi uçota durmaq niyyətləri yoxdur. Hərbi uçota durmaq niyyəti olmayan şəxslər də, vətəndaşlıqdan imtina etməlidir.

Görünən odur ki, qısa müddət ərzində vətəndaşlıq əldə edən şəxslərin geriyə dönüş prosesi baş verəcək. Yəni Rusiya Federasiyası vətəndaşlığından imtina və mənsub olduğu ölkənin vətəndaşlığının bərpa olunması prosesi başlayacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »