Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanla oyun oynamayın! Məsləhət deyil...
Azərbaycanla oyun oynamayın! Məsləhət deyil...

Azərbaycan Fransaya və Livana nota verdi. Əslində Beyrutda Azərbaycan səfirliyinə qarşı hücum, təxribat da elə Parisdən verilən göstəriş idi. Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya açıq və net dedi: “Azərbaycan dövlətinin iradəsi əleyhinə edilən hərəkətlər təxribat sayılacaq”. Yəni Fransanın, eləcə də, Ermənistanın Azərbaycan sərhəddinə guya humanitar yüklə dolu avtomobil karvanı düzməsi əslində təxribatdır. Bunu Fransanın prezidenti Emmanuel Makrona Azərbaycan prezidenti İlham Əliyev də demişdi. Makrona başa salmışdılar ki, Laçın sərhəd-keçid məntəqəsi Azərbaycan-Ermənistan sərhəddində yerləşir. Oradan içəri – Azərbaycan ərazisinə və ya Azərbaycandan Ermənistana keçmək yalnız və yalnız rəsmi Bakının icazəsi ilə mümkündür. Bu da Azərbaycanın tam suveren haqqıdır.

Ermənistana daha əvvəl də təklif olunan Ağdam-Xankəndi yolu ətrafında da müzakirə olub. Prezident Əliyev Fransa prezidentinə öz dövlətinin qəti mövqeyini bir daha şəxsən açıqlayıb. Mövqe budur: əgər Ağdam-Xankəndi yolu ilə daşımalara maneələr aradan qaldırılsa, o zaman sərhəd və gömrük prosedurları çərçivəsində Laçından da yüklər buraxıla bilər. O zaman bu, Azərbaycanın sərhədlərinə müdaxilə olmayacaq; avtomobilləri yoxlayacaqlar, heç bir problem yoxdursa. Buraxacaqlar. Azərbaycanın həmsərhəd olduğu başqa ölkələrlə necə davranılırsa, elə də davranılacaq. Nə az, nə çox!

Prezidentin köməkçisi-xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Ağdam-Xankəndi yoluna səfər edən və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndinə yardım aparan heyəti ilə görüşən xarici diplomatlara da bu məlumatı verib. Orada 50 ölkədən 60-dan çox diplomat iştirak edir. BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və sair nümayəndələri də var. Cənab Hacıyev onlara bildirib ki, Laçın-Xankəndi yolu Ağdam-Xankəndi yolu ilə eyni vaxtda yüklər üçün açılacaq. Belə qalanda Azərbaycan ərazisindən Ermənistana keçən erməniəsilli şəxslərə maneə yaradılmayıb. Ancaq yüklər yoxlanılıb, buraxılmalıdır. Eyni zamanda Azərbaycan ərazisinə keçəcək şəxslərin müvafiq sənədli giriş icazəsi olacaq, başqa yolu yoxdur. Azərbaycan bir çox ölkələrə viza tətbiq etmir. Bəzilərinin vətəndaşlarına vizanı sərhəddə verir. Bəzilərinə isə xaricdəki konsulluqlarda viza verilir. Onlayn viza sistemi də var. Ancaq Ermənistanla diplomatik münasibətlər yoxdur; sülh müqaviləsindən və sərhəd demarkasiyasından sonra bu ola bilər. Ona görə də Ermənistanla heç bir formada viza rejimi qurulmayıb. Tutaq ki, yük avtomobillərini sərhəddən buraxırıq. Onların sürücülərinin Azərbaycana giriş icazəsi var?! Yox! Necə olur ki, biz strateji tərəfdaşımız olan Gürcüstandan gələn yük avtomobilləri üçün qanuni (rəsmi gömrük-keçid prosedurları edirik, hətta Türkiyə kimi qardaş ölkə ilə bunu edirik. Ermənistan niyə istədiyi vaxt, istədiyi yükü, istədiyi kimi Azərbaycan ərazisinə keçirə bilər, ya da çıxara bilər?! Hansı məntiqdir?!

Hikmət Hacıyev ona görə deyir ki, Azərbaycan ərazisində “boz zonalar” olmasına imkan verilməyəcək. Tamamilə doğrudur. Fransa özünə münasibətdə buna imkan verir?! Parisin meri Ann İdalqo gedib şəhərinin süpürgəçilərinə komanda versin. Onun işi Parisdədir. Eləcə də, Fransadan Azərbaycan-Ermənistan sərhəddinə gələn başqa fransız şəhər rəhbərlərinin. Adamın yadına lap məşhur Azərbaycan kinokomediyasındakı fraza düşür: “Sənin işin-gücün yoxdur?! Get, öz işinlə məşğul ol da!” Fransanın hansısa əyalət şəhərindən bələdiyyə sədri nə vaxtdan belə böyük beynəlxalq diplomat olub, ya da beynəlxalq təşkilat təmsilçisi olub. Gedin, zibilinizi yığışdırın da. Seçkilərdə ermənilərdən 3-5 səs artıq almaq üçün özünüzü parçalayırsınız, Fransadakı erməniəsilli biznesmenlərdən seçici ianəsi qoparmaq üçün çıxmadığınız oyun qalmadı. Çıxın, gedin. Gedin, o yanda oynayın. Azərbaycanın səbri ilə oynamayın! Məsləhət deyil...

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »