Qonşumuz Məhəmməd kişinin beş oğlu var idi. Ən böyüyü məndən bir yaş kiçik olsa da, mən həmişə onlara uşaq kimi baxardım. Düzdü, çox vaxt birlikdə oynayardıq. Onların, ya bizim həyətimiz, evimiz bilməzdik. Amma nədənsə, mən özümdə onları qorumaq məsuliyyəti hiss edirdim. Bəlkə də, mənim özümdən böyük iki qardaşım olduğuna görə, onlara böyük qardaşlıq etmək istəyirdim. Buna görə, dəfələrlə məhlənin başqa uşaqları ilə dava da eləmişəm. İnsafən, onlar da məni böyük qardaş kimi sayar, hiss etdirərdilər. Qərəz…
Bir gün səhər bu qardaşların ikincisi və ən dəcəli Natiq gəldi ki, itimiz "küçüklüyüb", gəşəng balaları var, gedək baxaq. Gəlib orada gözləri açılmamış dörd küçük olduğunu gördüm. “Layka” adlı it isə balalarını bu dəcəllərdən qorumaq üçün onların ətrafında dolanır, kənarlaşanı digərlərinin yanına gətirir, uzanıb onları əmizdirirdi.
Bundan bir neçə gün keçmişdi, artıq küçüklərin gözləri açılmışdı və artıq onlar uğursuz da olsa, özlərinə yem axtarışına çıxmağa cəsarət edirdilər. Natiq isə onlardan əl çəkmirdi. Demək olar ki, bütün günü onlarla oynayırdı. O, əlindəki çörəyi küçüyün ala biləcəyi hündürlükdə tutur, küçüklər atılıb çörəyi qapmaq istəyəndə əlini yuxarı qaldırır, it balalarını məyis edirdi.
Qonşumuz Xatun xala Natiqə dedi ki, iti aldatma, gözünə “itdirsəyi” çıxar. Natiqə yazığım gəldi. Hər gün onu görən kimi öncə gözünə diqqətlə baxırdım ki, görüm gözünə “itdirsəyi” çıxıb, ya yox. Beləcə, bir neçə gün keçdi, onun gözünə “itdirsəyi” çıxdı, mən də bunu unutdum.
Bəs bu gün bunu niyə xatırladım?!
Dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti xətti ilə Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım göndərilib. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un və un məmulatları olub. Yük dolu avtomobillər Ağdam-Xankəndi yolunda Rusiyanın sülhməramlılarının (?) müvəqqəti (!) nəzarətində olan ərazisinə buraxılmayıb. Yükü aparan avtomobillərin sürücüləri və yükə məsul şəxslər bu gecəni çadırlarda gecələyiblər.
Azərbaycan dövlətinin öz vətəndaşını davamlı ərzaq, su, enerji və digər vacib təminatlarını ödəmək məsuliyyəti var. Amma orada yaşayan, ya da Ermənistan tərəfindən yaşamağa məcbur edilən insanların da yaşadığı dövlətin qanunlarına tabe olmaq məsuliyyəti var. Əgər orada elə bir böhranlı vəziyyət varsa, ki bu onların tövrlərindən və həyat tərzlərindən hiss olunmur, kömək etmək lazımdır. Amma onlara yalvaracaq: “Səni and verirəm, Makron "bacı"nın canına unu qəbul et”, - deyəcək halımız da yoxdur və olmamalıdır. İstəmirlərsə, Natiq kimi – çörəyi göstərib, almırlarsa, geri qaytarmaq lazımdır. Axır, yalmana-yalmana qalsınlar. Eyni zamanda, biz də onların heç bir yardıma ehtiyacı olmadığını, hər hansı böhrandan söhbət getmədiyini dünyaya sübut etmiş oluruq. Ehtiyacı olanlar varsa, onları bu hala salanlardan haqlarını tələb etsinlər.
Ac it adama hürməz, zingildəyər, yalmanar. Qorxmayın, iti aldatmağa görə adamın gözünə “itdirsəyi” çıxmır. Bu, sadacə bir deyimdir. Mən özüm bunu müşahidə eləmişəm.
Belə bir deyim var: "İtə sahibinə görə hörmət edərlər". Bunların sahibləri özləri qədər hörmətsizdir. Başqa bir deyim də var: "Adamın sərvəti qapısındakı itin görkəmindən bəlli olur". Amma neynəyəsən ki, yesələr də acdılar, yeməsələr də...
