Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünə xain çıxan rəssam
Özünə xain çıxan rəssam

İki sual var: biri deyir, o karikaturanı dönə-dönə yayıb, reklam etməyək, o biri isə əksinə, yaymaq və əsl gerçəyin nə olduğunu ortaya qoymaq lazımdır, deyir.

Hər iki fikir özlüyündə doğrudur. Amma bunu axı beynəlxalq radio yayıb. Amerika Birləşmiş Ştatlarına məxsus olan, bütün dünyada onlarla dildə efirə çıxan radionun yaydığını biz harda gizlədəcəyik?! Və niyə?!

Heç nəyi gizlətmək lazım deyil. Heç mümkün də deyil. Azərbaycanın haqlı, əslində müqəddəs savaşında xainlər olmayıbmı?! Olub. Elə təkcə "Tərtər işi"ni götürək. Həbs olunanlar arasında generallar da var. Dövlətə gerçəkdən xəyanət etmiş neçə nazir, general tanıyırıq?! Xeyli. Saymaq üçün iki əlin barmaqları bəs etməz. Elə təkcə "MTN işi"ni götürək.

Dövlət adamlarının öz dövlətinə, sözdə də olsa, millət vəkillərinin öz millətinə xain çıxdığı yerdə bir rəssamın xəyanəti niyə təəccüblü görünsün?! O xəyanətləri gizlətmədiyimiz kimi, bunu da gizlətməyə lüzum yox.

Bəli, doğrudur, bu karikatura hər şeydən əvvəl Azərbaycana qarşı iftiradır. Biz Xankəndinə silahla getmək istəsəydik, gedərdik. Rusiya Ermənistandan şəhərlərimizə bir-iki raket də atardı, ona qədər Xankəndində iş bitmiş olardı. Ancaq Azərbaycan axı bu məsələni dinc yolla həll etməkdə qərarlıdır. Əvvəldən də belə istədi, indi də dəyişən heç nə yoxdur.

Bəli, Xankəndi Azərbaycanın ərazisidir və orda aşağı-yuxarı 10 min civarında silahlı terrorçular var. Separatçılar var. ABŞ bütün dünyada separatçı, terrorçu kimi tanıdıqlarının üstünə məgər gül-çiçəklə gedir?! Zərurət yaranarsa, əlbəttə, Qarabağda terrorçuların əlində girov qalmış erməniəsilli əhalini azad etmək üçün lokal xüsusi əməliyyat da ola bilər. Bu, Azərbaycan dövlətinin legitim, üstün hüququdur. Ancaq rəsmi Bakı belə bir qərar verməyib. Hərbi əməliyyat əmri verməyib, humanitar yardım qərarı verib. Bu yardım karvanını cəza dəstəsi kimi təsvir etmək isə böyük xəyanətdir. Elə "qırmızı xətt"lər var ki, omları keçmək olmaz.

Bu karikaturasını çəkən Gündüz Ağayev təkcə öz millətinə, dövlətinə deyil, ailəsinə belə xəyanət edir. Çünki o terror yuvası Azərbaycanda hər ailəyə, hər evə təhdiddir. Budur məsələ.

Müxalifliyin də həddi var, tənqidçiliyin də sərhəddi var. Hər şeyin öz yeri var. Azərbaycanda tənqid olunmalı nə çox mövzu. Ancaq elə məsələlər var ki, o nöqtələrdə tənqidçiliyə yer qalmayıb. Elə nöqtələr var ki, orda tənqiddən xəyanətə bir addımlıq məsafə qalır. Rəssam bu məsəfəni pozub. Ona görə bunun bir adı var. Başqa adı yoxdur. Söz azadlığı hər cür sözün azadlığı deyil, xəyanət azadlığı heç deyil. Sözə, sənətə, millətə xəyanət azadlığı olmur. Dünya belə davranışı doğru görməyib və görmür də. O zaman bu karikaturanı çəkmiş rəssam kimdənsə əmr alıb. Ya Ermənistandan, ya da başqa bir ünvandan...

...Ancaq o rəssam birinci özünə və öz sənətinə xain çıxıb. Sonra da ailəsinə, millətinə və dövlətinə.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »