Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xanbulan gölü, İsa bulağı, Bəşəri çayı, xallı bəbir... - Hirkan Milli Parkından video reportaj
Xanbulan gölü, İsa bulağı, Bəşəri çayı, xallı bəbir... - Hirkan Milli Parkından video reportaj

Hirkan Milli Parkı Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 9 fevral tarixli sərəncamına əsasən yaradılmışdır. Milli parkın yaradılmasında əsas məqsəd 3-cü dövrün elit və endemik bitki növlərinin və həm də Azərbaycan Respublikasının "Qırmızı kitab"ına salınmış flora və fauna növlərinin qurulmasından ibarətdir. Milli parkda 11 turizm marşurutu fəaliyyət göstərir, bunlardan 7-si Lənkəran inzibati rayon ərazisində, 4-ü isə Astara inzibati rayon ərazisində yerləşir.

Bu barədə Bizimyol.info xəbər portalına Hirkan Milli Parkının bələdçisi Mətin Mahmudov danışıb.

Hirkan Milli Parkının bələdçisi Mətin Mahmudov Hirkan Milli Parkının bələdçisi Mətin Mahmudov

“Hal-hazırda hərəkət etdiyimiz marşurut “Xanbulan-2” marşurutu adlanır. Maşurutun eni uzunluğu 1,7 km-dir Hirkan Milli Parkında əsasən dəmirağac növü daha geniş yayılıb. Milli parkın ərazisində əsasən xallı maral, bəbir, vaşaq, porsuq, cüyür, qaban, yenot, ayı, canavar və başqa heyvan növlərinə rast gəlinir. Xallı bəbirə sıx meşəliklərdə rast gəlinir. Həmin ərazilərdə kameralar yerləşdirilir və müəyyən fraqmentlərə uyğun və onların videoları çəkilir və yayımlanır”- deyə bələdçi qeyd edib. Onun sözlərinə görə, ziyarətçilər əsasən daha çox Rusiya Federasiyasından, Almaniyadan və digər xarici ölkələrdən gəlir.

“Xanbulan gölü ətraf ərazilərdə rekreasiya xidmətlərimiz mövcuddur. Turistlərin daha yaxşı istirahət etməsi üçün bu ərazilərdə rekreasiya xidməti nəzərdə tutulub”-deyə Hirkan Milli Parkının bələdçisi Mətin Mahmudov əlavə edib.

Hirkan Milli Parkına səfərimizdən öncə güclü yağış yağdığı üçün torpaq ərazidə hərəkət etmək o qədər asan olmasa da, Hirkan Milli Parkının bələdçisi Mətin Mahmudov bizi bir çox ərazilərə apardı. Hirkan Milli Parkı ərazisində olan şəlaləni gözümüzlə görməsək də, Xanbulan gölü ətrafında gəzinti edə bildik. Gölün yaxınlığındakı hündür ərazidə yerləşən çayxanadan gölün görüntülərini çəkdik.

İsa bulağı, Hirkan Milli Parkı / Foto: İradə Cəlil, Bizimyol.info İsa bulağı, Hirkan Milli Parkı / Foto: İradə Cəlil, Bizimyol.info

Xanbulan gölü çəkilişinin ardınca bələdçinin müşayiəti ilə məşhur İsa bulağına getdik. Səsi ilə insanı valeh edən Bəşəri çayına enmək də qismətimizə yazılmışdı.

Bəşəri çayı, Lənkəran / Foto: İradə Cəlil, Bizimyol.info Bəşəri çayı, Lənkəran / Foto: İradə Cəlil, Bizimyol.info

Hirkan Milli Parkından hazırladığımız reportajı Bizimyol.info xəbər portalının rəsmi YouTube səhifəsində izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »