Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Otellərdəki işlənmiş sabun, şampun və duş gelinin aqibəti necə olur? - Təkrar emal mümkündürmü?
Otellərdəki işlənmiş sabun, şampun və duş gelinin aqibəti necə olur? - Təkrar emal mümkündürmü?

Otel otaqlarına girən kimi diqqətlə qablaşdırılmış gigiyena məhsulları bizi qarşılayır. Sabunlar, şampunlar, kremlər və s…

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunların hər biri bizim üçün unikaldır və bu yeni məhsullardan istifadə özümüzü çox dəyərli hiss etdirir.

Bəs, biz oteldən çıxanda və onlarla işimiz bitəndə bu məhsullara nə olur?

Təbii ki, yeni müştərilərə işlənmiş məhsulları təklif etmək mümkün deyil. Dəfələrlə istifadə oluna bilən çubuq sabunları cəmi bir neçə dəfə istifadə olunduğu üçün atmaq sizcə də kifayət qədər ağılsızlıq deyilmi?

Şaun Seypler sabunlarla birlikdə müxtəlif gigiyena məhsullarını təkrar emal edən qeyri-kommersiya təşkilatı yaradır. Bir gün Şaun qısa müddət qaldığı otel otağından çıxarkən çox az istifadə etdiyi və geridə qoyduğu sabunlara nə olması ilə maraqlanır və öyrənir ki, qalan məmulatlar zibil qutusuna atılır. Bəzi ölkələrin gigiyena məhsullarına çox az çıxışı olduğunu bilən Şon Seypler bu cavabı bəyənmədi və bunu böyük israf hesab etdi. Beləliklə, Şaun 2019-cu ildə Floridada “Clean the World” adlı kiçik bir şirkət qurdu və tək bir yük maşını ilə tullantı sabunları toplamağa başladı. O, iki yoldaşı ilə birlikdə üyüdülmüş sabunları bir neçə kartof təmizləyən və ətçəkən maşınla steril sabuna çevirməyin yolunu tapır. Bu yolla Şaun dünyanın hər yerində sabun əldə edə bilməyən ailələrə ianə edə bilməyi hədəflədi. Bu sayədə, xüsusilə 5 yaşdan kiçik təxminən 1,5 milyon uşağın ölümünə səbəb olan, lakin əllərin yuyulması ilə qarşısı alına bilən sətəlcəm və ishal başda olmaqla bir çox xəstəliyin qarşısının alınmasına töhfə vermiş olur. “Təmiz Dünya” şirkətinin bu layihəsi 2009-cu ildən bəri təxminən 127 ölkədə çoxlu sayda insana 50 milyondan çox sabun paylanmasına nail olub.

Zamanla bir yük maşını ilə başlayan bu səyahət sürətlə böyüdü və indi Las-Veqas, Dominika, Kanada, Böyük Britaniya, Hindistanın Orlando, Monreal və Honq Konqda təkrar emal müəssisələrinə çevrildi. Bundan əlavə, “Clean the World” şirkəti Hilton, Marriott və “Walt Disney World” kimi dünyaca məşhur otellər də daxil olmaqla, təxminən 8000 otellə əməkdaşlıq edib. Bundan əlavə, Hilton 2019-cu ilin mart ayında “Təmiz Dünya” ilə qüvvələrini birləşdirdi və bu otel ilk 7 ayında 2 milyon funt sterlinq tualet ləvazimatları bağışlayaraq 7,6 milyon sabunun təkrar emalına töhfə verdi.

Təmizləyən bir şeyi necə təmizləmək olar?

“Clean the World” şirkəti, tullantı sabununu gigiyena qaydalarına əməl edərək, toplamaq və təkrar emal prosesinə töhfə vermək üçün müqaviləsi olduğu otellərin işçilərinə təlim keçərək işə başlayıb. İlk öncə səthin təmizlənməsi aparılır, sonra isə sabun qabları sterilizasiya maşınlarına göndərilir. Çubuq şəklində olan sabunlar hərtərəfli təmizləndikdən sonra üyüdülür və formalaşdırma maşınlarına daxil olur. Yeni yaradılmış sabun qabları qutulara qoyularaq dünyanın hər yerində ehtiyacı olan insanlara paylanır.

Şirkət yarım işlənmiş şampun, kondisioner və duş geli butulkalarını toplamaqda və bu şüşələri bir neçə addımda təmizləməkdə çox uğurludur. Sabun istehsalı və paylanmasının gigiyena baxımından kafi olmayacağını təxmin edən “Clean the World”, diş fırçası, diş pastası, şampun, duş geli, kondisioner və dezinfeksiyaedici vasitələrdən ibarət gigiyena dəstləri ilə kömək etməyə davam edir.

Qeyd edək ki, Hilton 2030-cu ilə qədər bütün sabunların boşa getməsinin qarşısını almağa və təkrar emala töhfə verməyə söz verib. Qurulduğu gündən bu yana 20 milyon funt sterlinq otel tullantısının Şimali Amerikadakı poliqonları çirkləndirməsinin qarşısını almağı bacaran şirkət hələ də bir çox otellə sövdələşmələrə davam edir və bütün gigiyena məhsulları ilə yanaşı sabunları təkrar emal etməyə davam edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »