Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xəbərdarlıq mesajı gələnə kimi zəlzələ olur" - Numeroloqdan böyük Mərmərə zəlzələ proqnozu
"Xəbərdarlıq mesajı gələnə kimi zəlzələ olur" - Numeroloqdan böyük Mərmərə zəlzələ proqnozu

"Zəlzələ təbii bir prosesdir, təbiətin bir prosesidir. Məsələn, mən 2023-cü il üçün proqnoz verəndə, mən proqnozumda qeyd etmişdim ki, kataklizmlər olacaq. Ancaq mən onun Türkiyənin hansı ərazilərində olacağını deyə bilməmişdim".

Bu barədə Bizimyol.info xəbər portalına Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov danışıb. Onun qeyd edib ki, Azərbaycanın çox bölgələri seysmik zona sayılır.

Numeroloq Xəyal Məmmədov Numeroloq Xəyal Məmmədov

“Şamaxı, Qəbələ, İsmayıllı… Artıq hərkəs bilir ki, bu ərazilər seysmik zonadır. Yenə də bu, o demək deyil ki, elə orada hər neçə ildən bir zəlzələ olur. Şamaxıda bir dəfə güclü zəlzələ olub. Ondan sonra 3 bal və 2 ballıq zəlzələ olur. Bunun təsirini insanlar heç hiss edə bilmirlər.

Türkiyənin də ərazisi seysmik zonaya aid olan bir ərazidir. Ancaq bu da o demək deyil ki, orada mütləq bir neçə il fasilə ilə zəlzələ olmalıdır”-deyə numeroloq bildirib. O, qeyd edib ki, zəlzələnin mütləq baş verəcəyi ilə bağlı heç kim dəqiq məlumat verə bilməz.

“İndi bəzi telefonlar zəlzələ xəbərdarlığı edirlər. Ancaq bu xəbərdarlıq o qədər gec verilir ki, mesaj gələn kimi zəlzələ olur. Yəni demək istdiyim odur ki, bu təbii hadisədir və kimsə dəqiq proqnoz verə bilməz”-deyə numeroloq qeyd edib.

Xəyal Məmmədovun böyük Mərmərə zəlzələsi ilə bağlı açıqlamasını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »