Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vətəndaşın müraciəti əsasında bir ağacın budanması, doğranması prosesi aylar-illər çəkir" - Video
"Vətəndaşın müraciəti əsasında bir ağacın budanması, doğranması prosesi aylar-illər çəkir" - Video

“Vətəndaş ərazisində kəsilməli olan ağacla bağlı bələdiyyəyə müraciət etməlidir. Bələdiyyə də müvafiq olaraq Ekoloji Ekspertiza Agentliyinə müraciət edir. Agentlik məsələni regional idarəyə göndərir. Regional idarənin əməkdaşı gəlib o yerə baxır və öz qurumuna rəy yazır”…

Bu barədə Bizimyol.info xəbər portalına danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli bildirib ki, bu prosedur o qədər mürəkkəbdir ki, nəticə rəyin verilməsi bəzən illər, aylar çəkə bilir. Məsələn; bir ağacın budanması, doğranması və yaxud da kök üstə qurumuş ağacın götürülməsi aylar-illər çəkir.

Vüqar Tofiqli Vüqar Tofiqli

“Hesab edin ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən çıxarış almaq necə ki, aylar, illər çəkir, bu prosedür da o qədər müddət davam edir. Əgər bir ağacın kəsilməsi, götürülməsi və yaxud da budanması aylar çəkirsə, bu da narazılıq yaradır.

Mən yaşadığım mənzildə bu proseslə bağlı müraciət etmişdik. Ağac maşının üstünə düşdü və 1500 manat zərərə səbəb oldu. Halbuki, bu ağac kəsilmiş olsaydı, heç bir narazılığa səbəb olmazdı.

Hamı məsluyyətdən yayınır, məsuliyyət bələdiyyənin üstündə qalır. Bələdiyyənin isə, heç bir texnikası yoxdur və sərancam verən orqan da deyil. Sadəcə olaraq, vasitəçidir”-deyən Vüqar Tofiqli hesab edir ki, bu prosesin və ekoloji məsələlərlə bağlı prosesi sürətləndirmək üçün bir pəncərə sisteminə keçmək lazımdır. Yəni mərkəzi bir sistem yaradılmalıdır, bu sistemdən Ekologiya Nazirliyinə bələdiyyələrin giriş-çıxışı olmalıdır. Bu kimi məsələlər operativ şəkildə həll edilməlidir…

Vüqar Tofiqlinin sözügedən məsələ ilə bağlı açıqlamasını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »