Qızılağac Milli Parkı 2018-ci ildə prezidentin fərmanı əsasında yaradılıb. Bu günə qədər birneçə direktoru olan parkın hazırkı direktoru Aqil Sucayevdir. Parkın əməkdaşları deyir ki, Aqil Sucayev park üçün əlindən gələni edir. Elə bunu parkın girişində olan səliqə-səhmandan da hiss etmək olardı.
Parkın mühafizə xidmətinin əməkdaşı Seymur Şıxıyevlə “Turac” marşurutuna getməyə qərar verdik. Seymur Şıxıyev deyir ki, bu ərazidə turaclar çox olduğu üçün marşurut da buna görə, turac adlandırılıb.
Seymur Şıxıyev qeyd edib ki, əsasən payız aylarında park daha cazibəli və gözəl olur. Yağıntılardan sonra otlar, bitkilər və digər canlılar sanki yenidən canlanır.
Parkın "brokonyer"lərdən qorunması üçün mühafizə xidməti hər zaman ayaqdadır… Parkın Asif adlı əməkdaşı deyir ki, “Biz təbiəti çox sevirik. İşimizi də. Biz ekologiyanın əsgərləriyik”…
Söhbətimiz zamanı məlum olur ki, parkın əməkdaşlarına mütəmadi yeni forma verilir. Nazir milli parka ziyarətdə olduğu zaman əməkdaşların problemləri və fəaliyyətləri ilə birbaşa maraqlanır…
Xüsusi qeyd edək ki, getdiyimiz gün bazar gününə təsadüf etdiyi üçün iş günü hesab olunmadığına görə, işçilər mülki geyimdə idilər və buna görə narahat olmalarına heç bir səbəbin olmadığını da biz qeyd etdik. Xülasə, parkın əməkdaşları ilə söhbətimiz zamanı bir çox məlumatlar əldə etdik və onları sizinlə də paylaşırıq.
Parkda ziyarətçilərin diqqətini çəkmək üçün hər cür şərait var. Siz isə, ilk fürsətdə bir gün ayırıb, Qızılağaca baş çəkin, hüzur və xoş əhval qazanacaqsınız…
Bizimyol.info xəbər portalının Qızılağac Milli Parkında hazırladığı xüsusi reportaja rəsmi YouTube kanalımızda baxa bilərsiniz.
İradə Cəlil, Bizimyol.info