Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kimliyi naməlum məzar, asılan beşiklər, köhnə əşyalar... - Bəndovan Pirindən video reportaj
Kimliyi naməlum məzar, asılan beşiklər, köhnə əşyalar... - Bəndovan Pirindən video reportaj

Bəndovan Piri, Şirvan Milli Parkının yaxınlığında yerləşir. Pirin tarixi məlum olmasa da, deyilənə görə, burada peyğəmbərin səhabələrindən biri dəfn edilib.

Pirə əsasən Xıdırlı kəndinin sakinləri ziyarətə gəlir. Pirdə bir məzar var. Üzərində adı qeyd edilməsə də, müqəddəslərdən hesab edilir. Məzarın tarixi çox da qədim deyil. Ətrafında kiçik bir otaq kimi tikilib. Balaca dəmirdən bir qapı qoyulub. Pirə daxil olmaq əyilməklə mümkün olur. İnsanların bu pirə böyük inancı olsa da, içəridə ancaq köhnə əşyalar var. Köhnə xalçalar, köhnə qab-qacaq. Sanki kimin evində nə artığı varsa, gətirib bura.

Bəndovan Piri / Foto: İradə Cəlil, Bİzimyol.info Bəndovan Piri / Foto: İradə Cəlil, Bİzimyol.info

Bəzi dini bayramlarda, müqəddəs günlərdə insanlar bura gəlir, qurbanlar kəsir, piri ziyarət edirlər. Pirin içində çox sayda rəngarəng parçalar, iplər, parçalardan beşik formasında düzəldilmiş maketlər asılıb. Adətən pirlərdən uşaq arzusunda olanlar beşik asırlar. Yəni görünən odur ki, əsrlər keçsə də, modern tibb inkişaf etsə də, gələ də ümidini pirlərdən üzməyən insanlar var. Biz kiminsə inancına heç bir söz demirik, amma orada dəfn edilən şəxsin kimliyi də naməlum olduğu üçün bu davranışlar bir qədər sual doğurur...

Pirə yüzlərlə insan gəlir. Amma ətrafı və içi heç də ürəkaçan deyil. Ən azından inanclı insanlar pirin təmizliyinə nəzarət edə bilər, elə deyilmi?

Burada hər şey videoda gördüyünüz kimidir...

Bəndovan pirinə aid videonu Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »