Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Numeroloqdan 2029-cu il siyasət və valyuta proqnozu: "Ölkələrin xəritəsi dəyişəcək" - Video
Numeroloqdan 2029-cu il siyasət və valyuta proqnozu: "Ölkələrin xəritəsi dəyişəcək" - Video

"2029-cu ilə qədər dünyada müxtəlif kataklizmlər gözlənilir. Bu vəziyyət daha çox ikili münasibətlərə təsir edəcək".

Bu barədə Bizimyol.info xəbər portalına Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov danışıb. Numeroloq deyir ki, Xəzərin o tərəfində bir zəlzələ baş versə, bizə də təsir edir. Şimalda baş verən hadisələr bizə də təsir edir. Ancaq çox ölkələrlə nisbətdə ən rahat, ən sakit yer Azərbaycandır.

Numeroloq Xəyal Məmmədov Numeroloq Xəyal Məmmədov

Dünyada baş verən hadisələrə gəldikdə, numeroloq qeyd edib ki, 2029-cu ilə qədər rəqəm olaraq, tam yer kürəsi üçün çox ağır bir dövrdür.

“2 rəqəmi, ən çox münasibətlərə təsir edir. 2029-cu il bitənə qədər münasibətlərdə çox dəyişikliklər baş verəcək. Bu, özünü ölkələrarası münasibətlərdə və dini münasibətlərdə, ümumiyyətlə münasibətlərdə qabarıq şəkildə göstərəcək.

2030-cu ildə isə, rəqəm dəyişilir. Ondan sonra nisbətən stabilliyə doğru gediləcək. Yəni 2029-cu ilə qədər hələ yer kürəsində çox dəyişikliklər baş verəcək. Çox ölkələrin arasında münasibətlər pozulacaq, gözlənilməyən ölkələrin arasında münasibətlər yaxşılaşacaq.

Bəzi ölkələrin xəritələri dəyişəcək. Xəritə dəyişikliyinin tək səbəbi olmayacaq. Bu dəyişiklik  kataklizm nəticəsində də, müharibə nəticəsində də baş verə bilər. Coğrafi olaraq, lokasiyada dəyişikliklər baş verəcək”-deyə Xəyal Məmmədov əlavə edib.

Dolların məzənnəsinin sabitliyi, beynəlxalq valyutanın ölkə əhalisinə və dövlətə təsirləri və s. ilə bağlı numeroloq Xəyal Məmmədovun proqnozlarını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »