Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bədbəxt xalq" obrazı yaratmağa çalışan nazirin "timsah göz yaşları" bu dəfə Avropanı aldada bilməyib
"Bədbəxt xalq" obrazı yaratmağa çalışan nazirin "timsah göz yaşları" bu dəfə Avropanı aldada bilməyib

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan spesifik erməni çıxışı edərək – öldük, qırıldıq, xəstələndik deyib dizinə-başına döyərək avropalıları inandırmağa çalışıb ki, Laçın dəhlizində gömrük postunun yaradılması Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyətini pisləşdirib.

30 ilə yaxın müddətdə bizimlə hərbə-zorba dili ilə danışan ermənilər yenə vay-şüvən salıb, “bədbəxt xalq” obrazı yaratmağa çalışırlar.

Erməni nazir: “Harada yaşamasından asılı olmayaraq bütün insanlara eyni hüquq verilir, hətta müharibə zamanı belə onlara hörmətlə yanaşmaq lazımdır”, - deyib.

Birincisi, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu ölkə parlamentindəki çıxışında bəyan edib. Və bu da o deməkdir ki, Azərbaycanın Qarabağ iqtisadi zonasınında yerləşən Xankəndi rayonu və ətraf ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onları xarici dövlətlə hansı yol və vasitələrlə əlaqə saxlayacağına da Azərbaycan dövlətinin müvafiq qurumları qərar verir. Bunun üçün sadəcə sakini olduğun ölkəyə vətəndaşlıq eləmək lazımdır. Bu qədər sadə.

İkincisi, gözüyaşlı nazir, hətta müharibə zamanı insan haqlarına hörmətlə yanaşıldığını deyir. Təbii ki, nazirin 8-9 yaşları olanda Ermənistanda yaşayan azərbaycanlıları hansı müsibətlərlə evlərindən-yurdlarından didərgin salındıqlarını, eyni zamanda, Qarabağda münaqişəni onun mənsub olduğu, bu gün nazir vəzifəsini daşıdığı dövlətin başlatdığını bilməyə bilərdi. Uşaq olması ilə əlaqədar bundan xəbərsiz ola bilərdi, amma 1991-93-cü illərdə artıq o yeniyetmə olub və ermənilərin azərbaycanlılara qarşı hansı amansızlıqlar etdiyini bilməyə bilməz. Çünki o yaşlarda şagirdlərə erməni müəllimlər dünya elmlərindən daha çox türkə qarşı düşmənçilik öyrədirlər.

Üçüncüsü, sizin can bir-qan bir "bacınız" olan İran dövləti ilə aranızda sərhəd və gömrük keçid məntəqələriniz olduğu halda, Azərbaycan sizin kimi düşmən dövlətlə sərhəddə niyə yoxlama keçid məntəqəsi qura bilməz. Bu, nə məntiqdir?! Dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları Azərbaycan ərazisini tanıdığı üçün sərhədlər bəllidir. Hər bir dövlətin də öz sərhədləri daxilində yoxlama məntəqəsi yaratmaq hüququ var.

Dördüncüsü, nazir çıxışında həmişə oluğu kimi yalan danışaraq bildirib ki, Ermənistan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib. Erməni nazir vaxtaşırı ərazilərimizin Ermənistan silahlıları tərəfindən atəşə tutulması ilə bağlı xəbərləri də oxumamış deyil, uşaq deyil ki. Ən azından, indi uşaq deyil…

Və nəhayət, siz öz problemlərinizlə məşğul olun, imkan verin ki, Azərbaycanın ərazisində yaşayan azsaylı ermənilər öz dolanışıqlarını yaşadıqları ölkənin qanunlarına uyğun qursunlar.

BMT Təhlükəsizlik Şurasında məsələ ilə bağlı yekdil qərar verə bilməyiblər. Görünür, Avropa da Ermənilərin köhnə vərdişlərinə aldanmaqdan bezib.

Qadir Musaoğlu Qadir Musaoğlu

Son xəbərlər
Bütün xəbərlər »