Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı Pünhan Musayev: "Azərbaycanda qiymətli kağız bazarı inkişaf etməyib" - Video
İqtisadçı Pünhan Musayev: "Azərbaycanda qiymətli kağız bazarı inkişaf etməyib" - Video

Türkiyədə lirə və Rusiyada rubl dollara nisbətdə ucuzlaşır, dəyər itirir. Azərbaycanda isə, manat olduğu kimi, 1.70 dəyərində qalıb. Bu, bəzən bir mənalı qarşılanmır. Bu rəqəmin süni şəkildə belə saxlanıldığı deyilir. Bəs əslində vəziyyət necədir?

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əgər biz iki əmtəə düşünsək, onların bir-birinə mübadiləsi, onların qiymətini ortaya çıxarır. Ancaq məzənnə qiymət amilindən fərqli olaraq, həm aktivlərin, öhdəliklərin - buna bank əmanətləri, depozitlər, aktivlər, qiyməti kağızlar, iqtisadiyyata məxsus olan səhmlər və s. daxildir - mübadiləsi nəticəsində ortaya çıxır.

Pünhan Musayev Pünhan Musayev

“Hansısa bir xarici investor Azərbaycandan müəyyən bir qiymətli kağız-aktiv almaq istəyir. O, hara müraciət edəcək? Təbii ki, Azərbaycanın valyuta bazarına. Çünki həmin istiqrazı almaq üçün Azərbaycan manatından istifadə etməlidir. Azərbaycan manatından onun tələbi artdığı zaman Azərbaycan manatı bahalanmış olacaq. Və yaxud da ki, əks tərəfdən biz qiymətləndirsək, hansısa bir azərbaycanlı investorun ABŞ dolları ilə ifadə olunan müəyyən bir qiymətli kağız alması, nəticədə ABŞ dollarına üz tutması Azərbaycan bazarında dolların bahalaşması yəni məzənnənin dəyişməsini şərtləndirir.

Birinci növbədə Azərbaycanda qiymətli kağız bazarı inkişaf etməyib. İnvestisiya fəaliyyəti demək olar ki, çox zəifdir və bu zəiflik də onu göstərir ki, artıq məzənnə özünü dalğalanma şəraitində göstərmir. Burada söhbət manatın dollara qarşı sabit nizamından gedir”-deyə Pünhan Musayev əlavə edib. Onun sözlərinə görə, qiymətli kağızlar bazarının özünün inkişaf etməməsinin səbəbləri var.

Manat niyə məzənnəsini itirmir, üzən məzənnəyə niyə keçirilmir və s. bu kimi sualların cavabını iqtisadçı Pünhan Musayevlə hazırladığımız videoreportajda izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »