Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avqustun 17-nə olan hava proqnozu
Avqustun 17-nə olan hava proqnozu

Avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacaq.

Son xəbərlər
Bütün xəbərlər »