Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Evin mətbuat katibi səhvən ABŞ prezidentinin adından yazı dərc edib
Ağ Evin mətbuat katibi səhvən ABŞ prezidentinin adından yazı dərc edib

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre səhvən "X" sosial şəbəkəsində (keçmiş "Twitter") ABŞ prezidenti Co Baydenin adından yazı dərc edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Examiner" çərşənbə axşamı məlumat verib.

"Amerikaya sərmayə qoymaq bütün Amerikaya sərmayə qoymaq deməkdir. Mən prezidentliyə namizədliyimi irəli sürəndə söz vermişdim ki, ölkənin heç bir hissəsini diqqətdən kənarda qoymayacağam", - Jean-Pierre qeyd edib. Qəzetin yazdığına görə, o, yerli vaxtla saat 15:05-də dərc edilib, lakin yarım saat keçməmiş yazı silinib.

"X"də silinmiş yazının skrinşotları platformanın digər istifadəçiləri tərəfindən paylaşılıb və bəziləri bu yazının prezident Co Baydenin hesabında yerləşdirilməsinin nəzərdə tutulduğu ilə maraqlanıb.

Bəyanatın Baydenin hesabında yerləşdirilməsinin lazım olub-olmaması dəqiq bilinməsə də, Baydenin prezident hesabında Jean-Pierrein bəyanatı ilə eyni vaxtda dərc edilmiş bəyanatda ABŞ-da külək enerjisi üçün "3 milyard dollar investisiya" qoyulması barədə məlumat qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »