Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran bölgədə problemlərini həll etmiş, bütünlüyünü təmin etmiş, güclü Azərbaycan görmək istəmir"
"İran bölgədə problemlərini həll etmiş, bütünlüyünü təmin etmiş, güclü Azərbaycan görmək istəmir"

"İran İslam Respublikası tarixi köklərinə istinad edərək, xristian Ermənistanı qardaş elan etmiş və onun dəstəyi üçün antropoloji dəlillər axtarmağa çalışıb… Onu yaradan elementlər arasında 40 milyona yaxın Güney azərbaycanlı olmasına baxmayaraq, İranın müdafiə refleksləri bütünlüklə rejimin və ölkənin bütövlüyünün qorunması üçündür. İran uzun illər məruz qaldığı sərt embarqolar və davamlı xarici müdaxilələrlə öz təhlükəsizlik rejimini cəmiyyətdə və hətta dövlət səviyyəsində həyata keçirməyə başlayıb. Böyük küçə hadisələrindən sonra bu vəziyyətin qaçılmaz olduğunu söyləmək lazımdır".

Bu barədə Bizimyol.info xəbər portalına BAU ULMER müdürü, politoloq İhsan Alpargın danışıb. Politoloq qeyd edib ki,

İran ən yaxın müttəfiqi (baxmayaraq ki, vaxtaşırı onunla üz-üzə gəlirlər) Rusiya ilə olan kəsintisiz quru yolu xəttini (hər zaman onu Azərbaycandan daha təhlükəsiz görür) itirməmək və bölgədə problemlərini həll etmiş, bütünlüyünü təmin etmiş, güclü bir Azərbaycan görmək istəmir. Nəticədə İrandakı azərbaycanlıların təsir altına düşməkdən və ciddi resurs/material təminatı problemi yaşamaqdan və quruda tamamilə təcrid olunmaqdan qorxur. Bu iki səbəbə, yəni iqtisadi və sosial partlayış risklərinə görə, İran Ermənistanın yanındadır.

BAU ULMER müdürü, politoloq İhsan Alpargın BAU ULMER müdürü, politoloq İhsan Alpargın

Alpargın hesab edir ki, İsrailin də İranın tam olaraq, bu qorxuları səbəbilə bölgədə və problemin həllində təsirli olmaq istədiyini görə bilərik. İsrail də İranı təcrid və qapanmış vəziyyətdə saxlamağa çalışır.

“İranın xüsusilə Suriya və İraq müharibəsi ilə, Livandakı Hizbullahla birlikdə hər ölkədə təsirini milis qüvvələri ilə artırması, hətta Yəmən vətəndaş müharibəsindəki varlığı və Afrika buynuzundakı baza yaratmağa başlaması İsrailin “Şiə Hilalı” qorxusunu zirvəyə çıxaran hadisələrdir. Ona görə də bu iki dövlət Qarabağ məsələsində əks düşərgədədir”-deyən politoloq vurğulayıb ki, bəzi dairələrdə aktiv Xəzər yəhudiliyinin lobbiçilik təsiri və silah sənayesinin payı da təsdiqlənir.

İlahin,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »