Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda "Kəşmir böhranı" - "Hindistan münaqişənin davamlılığı üçün Ermənistanı dəstəkləyir"
Qarabağda "Kəşmir böhranı" - "Hindistan münaqişənin davamlılığı üçün Ermənistanı dəstəkləyir"

"Hindistanın münaqişə dövründə və sonrakı aylarda Ermənistana cəmi 3,5 milyard dollar dəstəyi var və bunu sanki Azərbaycan kimi bir dövlət yoxmuş və ya Hindistanın xarici siyasət gündəmində tək maddə Pakistanmış kimi oxumaq heç bir beynəlxalq nəzəriyyə və ya təcrübə ilə açıqlana bilməz".

Bu barədə Bizimyol.info xəbər portalına BAU ULMER müdürü, politoloq İhsan Alpargın danışıb. Politoloqun sözlərinə görə, hər şeyi belə sadələşdirmək çox dayaz və asana qaçmaq deməkdir. Bu həm də, emosional cəmiyyətləri lazımsız yerə həddən artıq həvəsləndirir və əks halda dağıdıcılığı çox yüksək olur.

BAU ULMER müdürü, politoloq İhsan Alpargın BAU ULMER müdürü, politoloq İhsan Alpargın

“Hindistan Modi dövründə “İlk olaraq Hindistan” yanaşması ilə böyük iqtisadi sıçrayış etdi və onun iddiaları “Çin möcüzəsini” üstələmək idi. Hazırda Çindən çox geridə olsalar da, Çinin 50 ildə çatdığı səviyyəyə çatmaları o qədər də uzun çəkməyəcək. Bunun ən mühüm səbəblərindən biri Hindistandakı kasta sistemidir. Çinin son altı-yeddi ildə artım rəqəmlərinin ləngiməsinin əsas səbəbi ticarət müharibələri deyil, iqtisadi rifahı cəmiyyətin təməlinə köçürməyə başlaması, yəni bir inkişafda olmasıdır.

Eyni zamanda son dövrlərdə artmağa başlayan iş/işçi xərclərinə tənzimləmək üçün Afrikada resurs və işçi qüvvəsi investisiyalarını artırmağa başladı. Bu mövzuya ətraflı girməyəcəyik, amma orada Hindistan, ABŞ, Aİ və Rusiya ilə rəqabət aparırlar”-deyə politoloq qeyd edib.

İhsan Alpargın vurğulayıb ki, digər tərəfdən Hindistanda sərt kasta sistemi hələ də davam etdiyinə görə, milli sərvətin siniflər arasında keçid qabiliyyəti, eləcə də vətəndaşlıq hüquqları demək olar ki, mövcud deyil. Başqa sözlə, Hindistan böyüdükcə kapital eyni sürətlə böyüyür və bölünmür. Bu səbəbdən, investisiya alətlərinin daha dar bir qrupun əlində olduğu üçün daha effektiv istifadə olunmağa davam etməsi şansı var. Çində dövlət tərəfindən dəstəklənən sərmayələrin əksəriyyətində korrupsiya və bəzi ideoloji sərmayələr kapital axınını ləngidən amillər idi. Hindistanın bu baxımdan şansı var. Alpargının fikrincə, digər şans isə, odur ki, Hindistan heç vaxt Qərblə soyuq müharibə və ya bugünkü siyasi və iqtisadi böhranlar kimi münaqişələrə girməyib və bazara giriş-çıxış üçün heç bir maneə yoxdur. Bütün bu üstünlükləri ilə sürətlə inkişaf edən Hindistan, Çini yavaşlatmaq üçün “Kəmər Yolu” layihəsinə daxil edilməyəcəyini açıqlayaraq, ASEAN-dan başlayaraq, öz üzərindən Ərəbistan yarımadasına və Avropaya qədər uzanan cənub dəhlizi üçün investisiyalara başladı. Yeganə çıxış yolu olan orta dəhlizdə qalan son maneə olan Qarabağ probleminin həllini gecikdirmək üçün əlindən gələn ən yaxşı addımı ataraq, açıq şəkildə haqlı və güclü olan Azərbaycana qarşı Ermənistanı iqtisadi və siyasi cəhətdən dəstəkləyir.

Eyni zamanda Rusiya ilə quru əlaqəni İran və Ermənistan vasitəsilə daha nəzarətsiz davam etdirmək imkanı olduğunu da əlavə etmək lazımdır. Başqa sözlə, Kəşmir böhranındakı kimi ekzistensial səbəblər Qarabağ böhranında Pakistan və Hindistanı müxtəlif düşərgələrə sövq edir.

“Beynəlxalq tarazlıqlar heç vaxt sırf etnik-məzhəbi səbəblərə görə qurulmur. Hətta səlib yürüşləri yoxsulluqdan əziyyət çəkən Avropa krallarının və mövcud olmaq üçün mübarizə aparan kilsənin şərqdəki zəngin ticarət yollarına və krallıqların yığılmış xəzinələrinə ehtiyacı üzərində qurulmuşdu. Bu gün dünyanın ən böyük bankı olan “papa bank” IOR kapitalı və gücü də o dövrdən gəlmirmi? Bir sözlə, dövlətlər resurslara daxil olmaq və ya resurs təhlükəsizliyini qorumaq üçün mübarizə aparır və ya əməkdaşlıq edirlər. Bəzən düşmənlər yaradıb ona qarşı cəmiyyətləri birləşdirir, öz əməllərini qanuniləşdirməyə çalışırlar”-deyə politoloq əlavə edib.

Hindistanın Qarabağda nə işi var?

Alpargının fikrincə, fanatik bir hindunun bu sualına “Biz müsəlman düşmənimiz Pakistana qarşı vuruşuruq” cavabı verilər. Təbii ki, bu, birinci və düzgün variantdır. Amma faktlar dediyimiz kimidir.

Bu arada onu da qeyd edək ki, İngiltərənin yeni baş naziri hind əsilli, Şotlandiyanın yeni baş naziri isə Pakistan əsilli müsəlmandır. Ən böyük yumşaq və görünməz güc Birləşmiş Krallıq da bu tənliklərdə görünməz əl kimi həlledici olaraq qalır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »