Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə beynəlxalq hüququn prinsiplərini pozub"
"Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə beynəlxalq hüququn prinsiplərini pozub"

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo hesabatında Azərbaycanın Laçın dəhlizinin blokadaya alınmasının "Dağlıq Qarabağ"ın etnik ermənilərinə qarşı soyqırım olduğunu təsdiqləyib. Okampo vurğulayıb ki, Azərbaycanın "Dağlıq Qarabağ"ın etnik ermənilərinə qarşı hərəkətləri Soyqırım Konvensiyasının 2-ci maddəsinin "G" bəndinə əsasən, soyqırımdır. “Aclıq soyqırımın görünməz silahıdır. Dərhal köklü dəyişikliklər edilməzsə, bu erməni qrupu bir neçə həftə ərzində məhv ediləcək”, - deyən Okampo 2023-cü ildə "Dağlıq Qarabağ"da yaşayan ermənilərə qarşı soyqırım törədildiyini düşünmək üçün ağlabatan əsaslar olduğunu bildirib.

Görünən odur ki, Okampo ermənilərin soyqırımından danışanda Ermənistanın 30 il müddətində Azərbaycana qarşı törətdiyi vəhşilikləri unudur.

“Ana Vətən” Partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan uzun illər, Azərbaycanın torpaqlarını işğal etməklə beynəlxalq hüququn prinsiplərini pozub. Həmin prinsiplərə görə, güc tətbiq edilməsi və güc təhdidi qadağandır. Beynəlxalq mübahisələr sülh yolu ilə həll edilməlidir, dövlətlərin bərabər suverenliyi vardır, dövlətlərin sərhədləri toxunulmazdır, dövlətlərin ərazi bütövlüyü qorunmalıdır. İnsan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməlidir və dövlətlər beynəlxalq hüquq çərçivəsində öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Ermənistan tərəfindən silahlı münaqişənin başlanılması və aparılması ilə nəzərdə tutulan 10 prinsipin böyük hissəsi, eyni zamanda, bir çox Konvensiyaların və Beynəlxalq Humanitar hüququn da normalarını pozub.

Yalçın Hacızadə Yalçın Hacızadə

Politoloq vurğulayıb  ki, Beynəlxalq humanitar hüququn normaları Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevre Konvensiyasında öz əksini tapıb. Nazirlər Kabinetinin 2014-cü ildə yaradılmış “Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və təlfatların qiymətləndirilməsi üzrə” İşçi Qrup hesablamalarına görə 2014-cü ilə qədər “faydalı qazıntı yataqlarının talanı, bomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum edilməsi, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoliji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoliji zərərlər üzrə Azərbaycana 265 milyarddan çox zərər dəyib.

“Heç şübhəsiz ki, bir müddət əvvəl azərbaycanlılara qarşı soyqırımı və məcburi köçürmə cinayət əməllərini törətdiyinə görə saxlanılan Vaqif Xaçaturyan kimi digər cinayət törətmiş şəxslər və o cümlədən Ermənistan dövləti də məsuliyyətə cəlb ediləcəkdir”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »