Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya çaşqınlıq içindədir, Ukraynada nə edəcəyini bilmir - Seleznyov
Rusiya çaşqınlıq içindədir, Ukraynada nə edəcəyini bilmir - Seleznyov

"Rusiya işğalçıları Kupyansk istiqamətində fəaliyyəti gücləndirməklə Ukrayna Silahlı Qüvvələrinin diqqət vektorunu cənubdan yayındırmağa çalışırlar".

Bizimyol.info xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidmətinin keçmiş rəhbəri Vladislav Seleznyov deyib.

“Ukrayna Baş Qərargahının fəaliyyəti ilə məşğul olan mütəxəssislər iddia edirlər ki, Ukrayna bizim əks-hücum planlarımızı həyata keçirmək üçün hazırlanan strateji ehtiyatlarının 100%-ni hələ də cəlb etməyib. Təcavüzkarı qıcıqlandıran da budur. Çünki ruslar hələ də bilmirlər ki, cəbhənin hansı sektorunda və bu ehtiyatlardan nə vaxt istifadə olunacaq. İşğalçıların Kupyansk istiqamətində fəaliyyətini gücləndirməsi əbəs deyil. Bununla onlar Ukrayna Baş Qərargahının diqqət vektorunu cənubdakı vəziyyətdən Kupyansk istiqamətindəki vəziyyətə keçirməyə çalışırlar”, - deyə Seleznev "Espresso" telekanalının efirində qeyd edib.

Ekspertin sözlərinə görə, hazırda Kupyansk istiqamətində vəziyyət stabil olsa da, pisləşməyə meyllidir.

“Kantemirovskaya adlanan 4-cü qvardiya tank diviziyasının bölmələri bizim xətlərimizdə və mövqelərimizdə irəliləyir, öz say üstünlüyünü hansısa ərazi nailiyyətlərinə çevirməyə çalışırlar. Baxmayaraq ki, onlar xüsusilə uğurlu mövqedə deyillər. Cəbhənin bəzi sektorlarında irəliləməyi bacarırlar, amma yenə də bu xətlərdə möhkəmlənmək lazım gəlir ki, bu da, ləngimə və ya yavaş hərəkət kimi xarakterizə edilə bilər. Ruslar işğal etdikləri ərazilərdə istehkam-müdafiə işlərinə əhəmiyyət vermədilər. Ona görə də Müdafiə Qüvvələri rus işğalçılarını həmin ərazilərdən qovdu və hazırda vəziyyət sabitdir, lakin getdikcə daha da gərginləşməkdədir”, - deyə Seleznyov qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »