Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşib
Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşib

"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, Ağdam klubu bu raundda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab goyununda Norveç "Molde"sinə 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi "köhlən atlar"a rəqib olub. İlk qarşılaşmada HİK qələbə qazanmışdı - 1:0.

Azərbaycan çempionu isə qitənin bir nömrəli klub turnirində Polşa "Rakuv"u ilə bacarmayıb. Səfər matçında 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda heç-heçəyə razılaşıb - 1:1.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.

Son xəbərlər
Bütün xəbərlər »