Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərxoş sürücü polisin avtomobilini yandırıb
Sərxoş sürücü polisin avtomobilini yandırıb

Rusiyanın Xantı-Mansiysk muxtar vilyətinin Yuqorsk şəhərində bir nəfər polis maşınına od vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatına Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, sürücü sərxoş halda avtomobil idarə etdiyinə görə ona qarşı protokol tərtib edilməsindən narazı qalıb.

"Yuqorskda yerli sakinlərdən biri polis əməkdaşlarının avtomobilini yandırıb. Yanğın dərhal söndürülüb, hadisəni törədən sərxoş sürücü saxlanılıb", - deyə mətbuat xidmətinin məlumatında qed edilir.

Nazirlikdən verilən məlumata görə, yanğın törədən şəxs sərxoş halda avtomobili təkrar idarə etdiyinə görə Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 264.1-ci maddəsi ilə təqsirləndirilib. "Hazırda yanğınla bağlı araşdırma aparılır", - DİN-in sözçüsü bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »