Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış aparıcı alimlik dərəcəsi aldı
Tanınmış teleaparıcı İradə İsaq məzunu olduğu və uzun illər çalışdığı BDU-nun Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işini müdafiə edib. Jurnalistin elmi işi “Müstəqil Azərbaycanın neft strategiyası dünya mətbuatında” adlanır. Müəllif elmi işini Qərb ölkələri və Rusiya KİV-nin materialları əsasında hazırlayıb. Dissertantın elmi rəhbərləri tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi işlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov və filologiya üzrə fəlsəfə doktoru, professor, Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyevdir. Müdafiədə səsləndirilən yeniliklər və müddəalar böyük maraqla qarşılanıb. Opponentlər və müdafiədə çıxış edən elm adamları elmi işin sambalı və geniş əhatə olunduğunu diqqətə çatdırmış, opponentə tədqiqat əsərini monoqrafiya və ya metodiki vəsait kimi nəşr etdirməyi tövsiyyə ediblər.
Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »