ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinin Burbank rayonunda ayı həddindən artıq istiyə dözə bilməyərək soyuq suda sərinləmək istəyib.
Bizimyol.info xəbər verir ki, ölkədə həddindən artıq isti keçən hava təbiətdə bütün canlılara öz təsirini göstərib. Belə ki, istinin təsirindən boğulan ayı evin bağçasındakı hovuza girərək sərinləməyə çalışıb. Heyvan hovuzda sərinlədikdən sonra rahat nəfəs alıb.
Xəbəri alan polis bildirib ki, evin bağçasına gələndə ayını divarın üstündən ağaca doğru atılaraq meşəyə qaçdığını görüblər.
Burbank Polis Departamenti sakinlərə xəbərdarlıq edib ki, ayıların evlərə yaxınlaşa bilməməsi üçün zibil və ərzaqlarını bağlı yerlərdə saxlasınlar.
Qadir, Bizimyol.info