Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə Rəşad Dağlıya ağır cəza təyin etdi
Məhkəmə Rəşad Dağlıya ağır cəza təyin etdi

Meyxana aləmində Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov 9 il 6 ay azadlıqdan məhrum edilib. İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə çıxarılan hökmə əsasən, meyxanaçı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrilə təqsirli bilinib.

Prokuror onun 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmədə son sözündə Rəşad Dağlı bildirib ki, həmişə xalqının və dövlətinin yanında olub. Himayəsində iki azyaşlı övladı var və onlar ödənişli məktəblərdə təhsil alırlar. Əgər uzunmüddətli azadlıqdan məhrum edilsə, onların təhsili yarımçıq qalar. O, məhkəmədən bu halların nəzərə alınmasını istəyib.

Aytən, Bizimyol.info, Foto müəllifindir

Son xəbərlər
Bütün xəbərlər »