Bərbərlərin qapıları qarşısında ləzzətli konfeti xatırladan bərbər dirəyi bəzək üçün deyil, bu dirəklərin çox köhnə və təəccüblü bir hekayəsi var.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,siz bu dirəklərin tarixçəsini öyrəndiyiniz zaman bərbərlərə fərqli gözlə baxacaqsınız. Öncə onu qeyd edək ki, bərbərlər cəmiyyətdə tarix boyu düşündüyünüzdən daha mühüm yer tutmuşlar. Əslində insanların həyatı bərbərlərdən asılıdır desək, şişirtmiş olmarıq.
Məlumdur ki, bərbərlərin tarixi Qədim Misir, Yunan və Roma sivilizasiyalarına gedib çıxır. "Bərbər" sözü saqqal mənasını verən latın "barba" sözündəndir. Romada bərbərlər saç kəsməkdən başqa şəhərin gündəlik xəbər mərkəzi kimi də tanınırdılar. Şəhərdəki bütün dedi-qoduları bərbərxanalarda öyrənə bilərdiniz. O dövrlərdə bərbərlər həm də cərrahiyyə ilə məşğul idilər. Bərbərlər də real cərrahlara gedə bilməyən aşağı təbəqələrə cərrahi xidmət göstərirdilər. Bundan başqa o dövrdə diş çəkmə, qan alma, zəli və bəzi yara işləri ilə də bərbərxanalar məşğul olurdular.
Bərbərlər dedikdə ağlımıza ilk gələn şey onların saç və saqqal kəsərkən istifadə etdikləri kəsici alətlərdən istifadə edə bilmələridir. Bu kəsici alətlərdən istifadə bacarığı sayəsində birdən-birə özlərini bərbər-cərrah kimi görməyə başladılar.
O dövrdə qan almaq boğaz ağrısından tutmuş vəbaya qədər bütün xəstəliklərin müalicəsi üçün bir üsul olaraq görülür və tez-tez istifadə olunurdu. Bərbərlər də qan alır və qanı düyü qablarına tökürdülər. 1163-cü ilə qədər rahiblər qan alırdılar. Bərbərlər zaman-zaman iti alətləri ilə rahiblərə kömək edirdilər. 1163-cü ildən sonra Papa III. İsgəndər ruhanilərə bunu qadağan etdi və qanaxma işi tamamilə bərbərlərin üzərinə düşdü.O gündən etibarən bərbərlər sözün əsl mənasında bərbər-cərrah oldular və insanları sağaltmağa başladılar. Hətta 1904-cü ildə Fransada ilk təşkilatlarını qurdular.
Bərbər dirəklərinə gəldikdə, onların formaları həmişə eyni ollub. Ancaq rənglər fərqli ola bilər. Bəzən yalnız qırmızı-ağ daxili, bəzən qırmızı, ağ və mavi. Rəng fərqini “Avropa və Amerika” kimi ayırmaq səhv olmaz. Mavi, ağ və qırmızı rəngli bərbər dirəkləri ABŞ-da daha çox yayılmışdır, Avropada isə yalnız qırmızı və ağ bərbər dirəkləri yayılmışdır. Mavi, ağ və qırmızı rənglər də Amerika bayrağını xatırladan vətənpərvərlik əlaməti kimi istifadə olunur. Bu rənglərin hər birinin, hətta dirəyin formasının belə bir mənası var. Başqa sözlə, hətta mavi rəng də təsadüfi bir şəkildə qoyulmayıb.
Rənglərin mənaları haqqında nə demək olar?
- Ağ qanaxmanı dayandırmaq üçün istifadə edilən sarğı təmsil etmək üçün seçilmiş rəngdir.
- Qırmızı, asanlıqla təxmin edilə bildiyi kimi, qanı təmsil etmək üçün seçilmiş bir rəngdir.
- Damarları təmsil etmək üçün mavi rəngin seçildiyi deyilsə də, daha əvvəl də qeyd etdiyimiz kimi, digər rənglərlə birləşdirildikdə, Amerika bayrağına istinad etdiyi üçün millətin bayrağına bir işarədir.
- Dirək özü damarların daha asan görünməsi və qanın daha çox axması üçün xəstənin sıxdığı çubuğu təmsil edir.
- Altdakı və üstdəki parçalar qan tökülən qablarını təmsil edir.
O günlərdə bərbər dirəkləri bərbərlərin bəzi cərrahi işlər gördüyünü bildirmək üçün qapılara asılırdı. Bərbərlər əksər insanlar üçün həyati əhəmiyyət daşıyırdı. Bu gün bərbərlər əməliyyat tələb edən heç bir proseduru yerinə yetirməsələr də, bu dirəkdən istifadə etməyə davam edirlər.
İlahin, Bizimyol.info