Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ambulans aşdı: Xəsarət alanlar var - FOTO
Bakıda “Zəfəran hospital”a məxsus, “Volkswagen” markalı təcili tibbi yardım xidmətinin avtomobili qəza törədib.

Report.az xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, ambulans sayrışan işıqları yandıraraq işıqforun qırmızı işığında yolu keçib. Bu zaman Əhməd Rəcəbli küçəsində, işıqforun yaşıl işığında hərəkətdə olan “Daewoo” markalı avtomobil təcili yardım maşınına çırpılıb. Nəticədə ambulans aşıb. Eyni zamanda, Fətəli Xan Xoyski küçəsində hərəkətdə olan, 67 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu da aşmış vəziyyətdə olan ambulansa çırpılıb.

Hadisə zamanı ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Əliyev Yelmar Hüseyn oğlu ilə yanaşı, sərnişin avtobusunda olan daha iki nəfər xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.

[gallery columns="1" size="full" ids="4634,4635,4636">

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »