Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlərdən yeni kəşf: Köhnəlmiş metal öz-özünə bərpa oluna bilər
Alimlərdən yeni kəşf: Köhnəlmiş metal öz-özünə bərpa oluna bilər

Sandia National Laboratories və Texas A&M Universitetindən olan amerikalı alimlərin apardıqları təcrübəyə əsasən köhnəlmiş metal öz-özünə təmir oluna bilir.

Bizimyol.info xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Məlumat üçün bildirək ki, əvvəlki nəzəriyyə belə bir şeyi nəzərdə tutmurdu. Bildirilirdi ki, metal yorğunluğunun bütün riyazi modelləri aşınma zamanı çatların genişlənməsini göstərir, onların azaldılmasını deyil. Lakin 2013-cü ildə əvvəllər MIT tədqiqatçısı və hazırda A&M Universitetinin professoru olan Maykl Demkoviç kompüter simulyasiyalarına əsaslanan metalların öz-özünə sağalması ilə bağlı nəzəri hesablamalar dərc edib.

Bu yaxınlarda, heç gözləmədən onun nəzəriyyəsi Sandiadakı laboratoriyada metal yorğunluğunu tədqiq edən Bruce Boyd və həmkarları Xalid Hattar və Chris Barr tərəfindən eksperimental olaraq təsdiqlənib. Onlar platin parçasını saniyədə 200 dəfə çəkən nanoölçülü mexaniki mikro maqqaşlara yerləşdiriblər. 40 dəqiqədən sonra alimlər metalda əmələ gələn çatların heç bir iz qoymadan bağlanmağa başladığını müşahidə ediblər. Alimlər öz nəticələrini Demkoviçlə bölüşərək, onun nəzəriyyəsinin ən azı müəyyən şərtlər altında təsdiqləndiyini bildiriblər.

Qeyd edək ki, metalların köhnəlməsi, elektronikadakı rasiondan tutmuş böyük mühərriklərə və körpülərə qədər qlobal iqtisadiyyatın hər il trilyonlarla dollar itirməsinə səbəb olur. Ancaq onların davamlılığı üçün universal bir vasitənin tapıldığını söyləmək hələ tezdir. Təcrübə vakuumda metal nanokristallar üzərində aparılıb. İndi belə bir fenomenin açıq havada adi (nanoölçülü deyil) metal konstruksiyalarda fəaliyyət göstərə biləcəyini başa düşməliyik.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »